Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 716Qiblənin hökmləri

Üzü qibləyə necə dayanmaq lazımdır

Məsələ 716: Zəruri deyil ki, üzü qibləyə dayanan vaxt barmaqların ucu da üzü qibləyə olsun. Oturan vaxt dizlərin baş tərəfinin də tam üzü qibləyə olması zəruri deyil. Bir insan haqqında “üzü qibləyə dayanmışdır və ya oturmuşdur” söylənilərsə, bəs edər.

Nömrə 717Qiblənin hökmləri

Namazı əyləşən yerdə qıla bilməyənlərin vəzifəsi

Məsələ 717: Namazı oturaq vəziyyətdə qıla bilməyən şəxs uzanmış vəziyyətdə qıla bilər. Amma onun bədəninin ön tərəfi üzü qibləyə olmalıdır. Bu da mümkün olmasa, sol tərəf üstündə uzanmaq olar. Bu vaxt da bədənin ön hissəsi üzü qibləyə olmalıdır. Əgər tərəflər üzərində uzanmaq mümkün olmasa, arxası üstəyə uzanmaq olar. Bu vaxt ayaqların altı üzü qibləyə olmalıdır.

Nömrə 720Qibləni müəyyən etmək

Qiblə müəyyən etməyin yolu

Məsələ 720: Qibləni tə’yin etmək üçün çox yol var. İnsan öncə çalışmalıdır ki, müəyyənləşdirilmiş qibləyə əmin olsun. Bu işdə iki ədalətli şahidin və ya bir e’tibarlı şəxsi hiss olunan nişanələrlə şəhadəti və ya elmi şəkildə qibləni müəyyənləşdirmiş birinin sözü qəbuldur. Bu yollarla qibləni müəyyənləşdirmək olmadıqda, məscidlərin mehrabı, qəbirlər əsasında və bu kimi başqa yollarla qibləni tapmaq olar.

Nömrə 721Qibləni müəyyən etmək

Kompasdan istifadə

Məsələ 721: Adi qiblənümalar (kompaslar) nöqsanlı işləməsə, qibləni müəyyənləşdirmək üçün yaxşı vasitədir. Qiblənin bu yolla müəyyənləşdirilməsinə ümid daha çoxdur. Bəlkə də ən dəqiq üsul bu üsuldur.

Nömrə 727Namazda qadınların geyimi

Namazda qadınların geyimi nə qədər olmalıdır

Məsələ 727: Qadın namazda bütün bədənini, hətta başını və tükünü örtməlidir. Amma üzünü, əllərini əl topuğunadək, ayaqlarını ayaq topuğunadək örtməsi vacib deyil. Vacib həddə örtündüyünə əmin olmaq üçün ehtiyat vacib budur ki, üzündən bir qədər, topuğundan aşağı bir qədər örtünsün.