Qiraətdə olan bəzi müstəhəb işlər
Məsələ 925: Müstəhəbdir ki, namazın birinci rəkətində Həmdi oxumağa başlamazdan öncə “Əuzu billahi minəş-şeytanir rəcim” söyləsin. Müstəhəbdir ki, imam-camaat “Bismillahir-rəhmanir-rəhim” cümləsini günorta və ikindi namazlarının birinci və ikinci rəkətində ucadan desin. Müstəhəbdir ki, namazda Həmd və surə, zikirlər dəqiq deyilsin, ayələr bir-birinə birləşdirilməsin və onların mə’nasına diqqət yetirilsin. Namaz cəmiyyətlə qılınırsa imam Həmdi başa vurduqdan sonra savab ümidi ilə “Əlhəmdu-lillahi rəbbil-aləmin” deyilir. İxlas surəsi oxunduqdan sonra bir, iki və ya üç dəfə “Kəzalikəllahə rəbbi” və ya “Kəzalikəllahə rəbbuna” söyləmək müstəhəbdir.