Üçüncü və dördüncü rükətlərdə Həmd oxumaq istəyərkən dilinə təsbihat gələnin vəzifəsi
Məsələ 921: Əgər üçüncü və ya dördüncü rəkətdə Həmd oxumaq istədikdə dilinə təsbihat gəlsə, ya da təsbihat oxumaq istədiyi vaxt dilinə Həmd gəlsə, bəs etməz, yenidən nəzərdə tutduğunu oxumalıdır. Amma hər ikisini niyyətində tutmuşsa, hansı birini oxusa bəs edər.