Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1392Qusmaq

Qida qırıntılarının və həşəratların oruc tutmuş insanın udlağına getməsi

Məsələ 1392: Əgər yemək qalığı, milçək və s. kimi bir həşarat ixtiyarsız olaraq oruc tutan şəxsin boğazına getsə və çox aşağı getdiyindən çıxardılması mümkün olmasa orucu düzgündür. Bacardığı halda onu çıxarmalıdır və onu çölə çıxarmaq orucuna da heç bir zərər yetirməz. Əksinə, bu halda onu udsa, orucu batildir.

Nömrə 925Qiraət

Qiraətdə olan bəzi müstəhəb işlər

Məsələ 925: Müstəhəbdir ki, namazın birinci rəkətində Həmdi oxumağa başlamazdan öncə “Əuzu billahi minəş-şeytanir rəcim” söyləsin. Müstəhəbdir ki, imam-camaat “Bismillahir-rəhmanir-rəhim” cümləsini günorta və ikindi namazlarının birinci və ikinci rəkətində ucadan desin. Müstəhəbdir ki, namazda Həmd və surə, zikirlər dəqiq deyilsin, ayələr bir-birinə birləşdirilməsin və onların mə’nasına diqqət yetirilsin. Namaz cəmiyyətlə qılınırsa imam Həmdi başa vurduqdan sonra savab ümidi ilə “Əlhəmdu-lillahi rəbbil-aləmin” deyilir. İxlas surəsi oxunduqdan sonra bir, iki və ya üç dəfə “Kəzalikəllahə rəbbi” və ya “Kəzalikəllahə rəbbuna” söyləmək müstəhəbdir.

Nömrə 908Qiraət

Qiraəti ucadan oxumaq lazım gələndə astadan oxumaq

Məsələ 908: Ucadan oxunmalı qiraəti bilərəkdən astadan, astadan oxunmalı qiraəti bilərəkdən ucadan oxuyan şəxsin namazı batildir. Amma məsələni bilmədiyindən və ya unutduğundan belə edərsə namazı düzgündür. Əgər məsələni öyrənməkdə səhlənkarlıq etmiş olarsa, vacib ehtiyata əsasən, namazı təzələməlidir.

Nömrə 607Qüsl və kəfəni olmayanlar

Qisas yaxud cəza olaraq edam olunanlar

Məsələ 607: 2 (Qüsl və kəfənin vacib olmadığı ikinci qrup) şəri qisas və ya hökmlə qətli vacib olanlar üçün şəri hakimin göstərişi ilə sağ olduqları vaxt meyyit qüslü verilirlər. Onlar meyyitə məxsus üç qüslü verir, sonra kəfənin fitə və köynək hissələrinə bölünürlər. Onlar meyyit kimi hənut olunur. Öldürüldükdən sonra kəfənin üçüncü hissəsinə bürünürlər. Onlara namaz qılınır və həmin vəziyyətdə dəfn edilirlər. Onların bədəni və kəfəni qanla və ya qorxudan murdarlansa, təkrar qüsül lazım deyil.

Nömrə 881Qiyam (Ayaq üstə dayanmaq)

Qiyam halında aramlıq

Məsələ 881: Qiyam zamanı bədən və ayaqlar hərəkət etməməlidir. Bir tərəfə əyilmək və ya nəyəsə söykənmək də olmaz. Amma zərurət səbəbindən bu halların eybi yoxdur.

Nömrə 895Qiyam (Ayaq üstə dayanmaq)

Qiyamın müstəhəb əməlləri

Məsələ 895: Yaxşı olar ki, ayaq üstə olduğu vaxt qamətini düz saxlasın. Çiyinlərini aşağı buraxsın, əllərini budlarının üzərinə qoysun, barmaqlarını bir-birinə yapışdırsın, bədəninin ağırlığını bərabər şəkildə iki ayağına salsın. Həmin vaxt səcdə yerinə baxsın, xüzu, xüşulu (qəlbən və cismən təvazökar) olsun. Kişilər ayaqlarını bir qədər aralı, qadınlar isə bitişik saxlamalıdır.

Nömrə 879Qiyam (Ayaq üstə dayanmaq)

Qiyamın rükn olması

Məsələ 879: Qiyam dedikdə “təkbirətül-ehram” vaxtı və rükudan öncə farağat dayanmaq nəzərdə tutulur. Bu qiyam vacib və rükündür. Həmd-surə oxunarkən, eləcə də rükudan sonrakı qiyamlar vacibdir, amma rükn deyil.