Həzrət Zəhra
Məsələ 1001: Namaz qılan şəxsin namazdan sonra zikr, dua və Qur’an oxumaqla məşğul olması müstəhəbdir və bu iş tə’qibat adlanır. Yaxşı olar ki, namaz qılan şəxs namazını bitirdikdən sonra yerindən qalxmamış və dəstəmazı batil olmamış, üzü qibləyə oturduğu halda tə’qib oxusun. Dua kitablarından mə’sumlardan bir sıra dualar nəql olunmuşdur. Bu tə’qiblər arasında ən mühümlərindən biri də Həzrət Zəhranın (ə) təsbihatıdır. Bu təsbihat 34 “Allahu əkbər”, 33 “Əlhəmdulillah”, 33 “Sübhanəllah” deməkdən ibarətdir. Bu təsbihatın böyük fəziləti və savabı var.