Vəqfin sübut olunma yolları
Vəqf hansı yollarla sübuta yetir?
Vəqfi sübuta yetirmək elm və yəqinlə, məntəqədə olan şöhrətlə və şəri dəlillə (iki adil şahid) mümkündür. Sadəcə iddia ilə və hətta şübhəli vəqfnamələrlə heç nə sübuta yetmir. Yalnız vəqfnamə etibarlı olan hal istisnadır.
Gecə üstü örtülü maşına minmək
Gecə vaxtı üstü örtülü olan maşına minmək həccə və ya ümrəyə zərər yetirirmi, kəffarəsi varmı?
Həcc və ümrəni batil etmir və əgər adi gecələr olsa kəffarəsi də yoxdur. Amma soyuq və yağışlı gecələrdə kəffarəsi var.
Müamiləni pozmaq haqqının şərti
Rəsmi və qanuni müamilələrdən öncə adətə çevrilmiş adi müqavilələrdə müəyyən miqdarda pul, müamiləni pozmaq haqqı üçün şərt olunur:1) Bu şərt müqəddəs İslam şəriəti baxımından səhihdirmi?2) Tərəflərdən hər biri müamiləni pozsa, qarşı tərəf müamiləni pozmaq haqqı üçün nəzərdə tutulan məbləği ondan ala bilərmi?3) Belə müqavilələr şəri və qəti müamilələrdən sayılırmı və ümumiyyətlə, şəri cəhətdən səhihdirmi və hər iki tərəfin ona riayət (əməl) etməsi lazımdırmı?
1) Əgər müamilə qətidirsə və hər iki tərəfdən birinin filan məbləği ödəməklə müamiləni pozmaq haqqına malik olmasını şərt qoyublarsa, bu şərt səhihdir. Lakin qəti müamilə baş tutmamışdırsa, deyilən məbləği almaq caiz deyil. 2) Yuxarıdakı cavabdan məlum oldu. 3) Müqavilələr müxtəlifdir. Onların bəzisində qəti müamilənin baş tutması aydın şəkildə qeyd olunur və bəzisi isə belə deyil. Hər birinin də yuxarıda qeyd olunduğu kimi, özünə məxsus hökmü var.
Namazın qəza olacağını bilə-bilə gecəni oyaq qalmaq
Bir kəs gecə oyaq qalmaq, mütaliə etmək və s. işlərə görə sübh namazının qəzaya gedəcəyini bilirsə və ya güclü ehtimal verirsə. Belə halda şəri baxımdan gecəni oyaq qalmaq və ya mütaliə etmək haqqı varmı?
Bu iş ehtiyatın əksinədir. Namaza etinasızlığa səbəb olarsa, haramdır.
Dərs mühitində üzü örtmək
Dərs mühitində üzü örtməyin olduqca çətin bir iş olduğunu nəzərə alsaq, bu iş vacibdirmi?
Üz və əllər hicabdan istisna olunmuşlar: onları örtmək vacib deyil.
Müamilə fikrindən dönməyin müqabilində pul ödəmək
Bir ticarət sahibi başqa bir ticarətçiyə təklif edir ki, filan məntəqədə pendir, buğda və ya qarğıdalı alverindən kənara çəkilsən, mən sənə filan məbləğdə pul verəcəyəm. Bunu belə izah etmək olar ki, əvvəllər dənli bitkilərdən və süd məhsullarından istifadə etmək illər boyu Zeydin öhdəsinə idi və belə müamilələrin mənfəətlərini o qazanırdı. İndi öz xəyalında ehtimal verilən bu kimi gəlirləri Əmrlə müamilə edir və mənfəətini Əmrə həvalə edir. Bu müamilə şəri baxımdan caizdirmi?
Onun həqiqətdə o pulu almaqla öz azad fəaliyyətindən kənara çəkildiyini nəzərə alsaq, maneəsi yoxdur.
Spirtin paklığı və nəcisliyi
Spirtin hökmünü paklıq və nəcasət baxımından bəyan edin.
Texniki-tibbi spirt pakdır. Lakin məst edici spirtli içkilər (paklıq baxımından) işkallıdır.
Yaxınlığa razı olmazdan öncə mehriyyəni tələb etmək
Əgər qadın mehriyəni almayacağı təqdirdə itaət etməyə (yaxınlığa) razı olmursa, digər tərəfdən əri də mehriyəni ödəməyə qadir deyilsə və eyni halda : “Talaq verməyəcəyəm və ömrümün axırına qədər xərclik verəcəyəm” – deyirsə, məsələnin hökmü necədir?
1) Qadın yaxınlığa razı olmazdan öncə mehriyəni tələb etməyə haqqı var. Hətta ərinin mehriyəni ödəmək üçün imkanı olmasa belə . 2) Ərin mehriyəsi yoxdursa, xərcliyini verməlidir. 3) Bu şərait illərlə davam etsə, belə ki, qadının zərərə düşməsinə və ya şiddətli məşəqqətinə səbəb olsa, şəriət hakimi əri talaq verməyə məcbur edəcək: əgər talaq verməsə, şəriət hakimi özü talaq verəcək və mehriyənin yarısı, ödəmək imkanı əldə edənə kimi ərin öhdəsində qalacaqdır.
Heyvanın erkəklik vəziləri
Heyvanın erkəklik vəzilərini (xaya) yeməyin hökmü nədir?
Haramdır və ehtiyat vacib budur ki, uşaqlara da yedizdirilməsin.
Sinosit xəstəliyinə tutulanlar
Mənim sinosit (qarmalit) xəstəliyim var. Suyun mənim üçün zərəri var. Bir dəfə də cərrahiyyə əməliyyatı etmişəm, amma nəinki faydası olmayıb, üstəlik zərəri də olub. Hər vaxt dəstəmaz üçün su işlətsəm baş ağrım çoxalır. Bəzən burnumdan qan axır. Hələlik namazlarımı təyəmmümlə qılıram. Bu deyilənləri nəzərə alsaq təyəmmümlə namaz qılmalıyam, yoxsa dəstəmaz almalıyam? (Bəzilərinin fikrincə isti suyun zərəri yoxdur.)
İsti su ilə dəstəmaz almağın zərəri yoxdursa və onu hazırlamaq mümkündürsə, gərək dəstəmaz alasınız. Əks halda təyəmmüm edəsiniz. Bu iş çox uzun çəksə belə, nigaranlığa səbəb yoxdur.
Üstü örtülü maşınla yol getmək
Gecənin əvvəlində Şəcərə və ya Cohfə məscidində ehram bağlayan və gecə ikən Məkkəyə daxil olan hacılar, üstü örtülü maşınla gedə bilərlərmi?
Caizdir və kəffarəsi yoxdur. Lakin soyuq və yağışlı gecələrdə olsa, bir qoyun kəffarə verməlidirlər.
Hücum edən qəbilələrdən müdafiə
Əgər şiə tayfalarından biri digər tayfaya silahlı hücum edərsə, belə ki, bir qrup insanın canı, malı və namusu üçün təhlükə yaranarsa, bu tayfaya özünü müdafiə etmək vacibdirmi?
Onların özlərini müdafiə etmək hüquqları var. Lakin belə toqquşmaların qarşısını almaq üçün son dərəcə çalışmaq lazımdır ki, iş qan tökülməsi ilə nəticələnməsin.
Qayıtmaq üçün pul almaq
Əgər bir kişi öz arvadına talaq versə, lakin qadının varisləri o kişiyə: “Filan qədər pul al və talaq vermə”– desələr, ər arvadına dönə bilərmi?
Arvadına talaq vermiş kişi pul alıb dönə bilər. Əgər verdiyi talaq rici talaq deyilsə, yenidən əqd oxunmasına ehtiyac var.
Namazdan sonra maneəni müşahidə etmək
Əgər dəstəmazdan qabaq maneə olub olmadığını təftiş etsə lakin namazdan sonra maneənin olduğunu müşahidə etsə, maneəni aradan aparıb yenidən namaz qılmalıdırmı?
Əgər maneənin dəstəmazdan sonra əmələ gəlməsinə ehtimal verirsə, namazı yenidən qılmaq lazım deyil.