Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni

Bir şəxs başqası ilə dalaşarkən onu elə yaralamışdır ki, bu kimi yaralar adətən öldürücü deyil – həkimə müraciət etməklə, müalicə olunmaqla sağalır. (Məsələn, onun bir barmağını qırmışdır.) Lakin zərərçəkən qəsdən həkimə müraciət etməmiş və müalicə olunmamışdır. (Yoxsulluq üzündən, müalicə xərclərinə gücü çatmadığından, laqeydlik və səhlənkarlıq üzündən və ya inadkarlıqdan da ola bilər.) Nəticədə yarada çürümə (infeksiya) baş vermiş və bədənin digər yerlərinə keçərək zərərçəkənin ölümünə səbəb olmuşdur. Bunları nəzərə almaqla sual budur ki, sözü gedən qətl hadisəsi "qəsdən adam öldürmə" sayılır və ondan qisas alınmalıdır, yainki, öldürmək məqsədilə vurmadığına görə "ehtiyatsızlıq üzündən qətl" sayılır? Yaxud da ümumiyyətlə qətl hadisəsi ona aid edilmir və o, sadəcə yetirdiyi xəsarətə uyğun olaraq dəyən zərəri ödəməyə və ya diyə verməyə məhkum olunmalıdır?

Sualda fərz olunanlara əsasən, xəsarət yetirən şəxs qəsdən bunu etdiyi təqdirdə üzv qisasından əlavə, səhvən etdiyi təqdirdə isə üzvün diyəsindən əlavə nə isə ödəməyə zamin deyil.

Etiketlər:
قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت