Hüquqi və cəza zamanının ötməsi
Öz nəzərinizi hüquqi zamanın ötməsi (elə zaman müddətinin ötməsidir ki, ondan sonra iddia bir daha məhkəmədə dinlənmir) və cəza zamanının ötməsi (elə zaman müddətinin keçməsidir ki, ondan sonra müqəssir şəxs bir daha təqib olunmur, əgər təqib olunubsa da, daha axtarış davam edilmir, və ya qəti hökm çıxarılmışdırsa, artıq hökm icra olunmur.) barəsində bəyan edin.
Zahirən, İslami-fiqhi qanunların içərisində “zamanın keçməsi” adında bir əsasımız yoxdur. Bu barədə mövcud olan yalnız budur ki, bəzən zamanın ötməsi haqq sahibinin öz haqqından keçməsinə və onun bəraət almasına qəti dəlil (sübut) və ya şəri höccət olur. Bəzən də mümkündür ki, ikinci dərəcəli ünvanlar belə cinayət işlərinə baxılmasına və ya hüquqi işlərin aparılmasına mane olsun. Lakin bu iki haldan başqa zahirən zamanın ötməsi adınada heç bir məsələ mövcud deyil.
Ali məktəb və dini hövzə tələbələrinin təhsil məkanında qalmaları
Cənab ustadın nəzərinə görə dini və qeyri dini tələbələrin iki il və daha artıq orada qaldıqları və ya qalacaqları məkan, vətən hökmündədirmi? Əgər oradan öz əsil vətənlərinə və ya başqa bir yerə istirahət və əylənmək üçün müvəqqəti səfər edib, yenidən qalmaq istədikləri yerə qayıtsalar, hökmü nədir?
Belə iqamət məkanları vətən hökmündədir.
Spirtli içkiləri saxlamaq
Haramdır və təzirə (qazının təyin etdiyi cəza növünə) səbəb olur. Yalnız mühüm bir hədəf üçün olan hallarda və ya onun sirkəyə çevirmək istəsələr, eybi yoxdur.
Sizin mübarək nəzərinizə görə spirtli içkiləri saxlamağın hökmü nədir?
Böyrək alveri
Tibbi məqsədlər üçün böyrək alıb-satmağın hökmü nədir?
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq caizdir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün müqabilində yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
Qəbrin açılmasının haram olma müddəti
Qəbri açmaq dəfndən neçə il sonraya kimi haramdır?
Qəbri açmaq üçün müəyyən bir zaman qeyd olunmamışdır. Çünki insanların bədənləri və torpaqlar bir-birindən fərqlidir. Yalnız o zaman qəbri açmaq olar ki, bədənin bütün qalıqlarının aradan getməsinə yəqin hasil olsun.
Torpağın qiymətinin qalan hissəsini günün qiyməti ilə ödəmək
Təxminən 16 il bundan öncə, bir neçə parça torpaq sahəsi müqavilə əsasında bir neçə nəfərə satılmış və onlardan müəyyən məbləğdə pul alınmışdır. Adət üzrə torpağın qiymətinin qalan hissəsi notariat kontorlarının birində sənəd, rəsmi şəkildə birindən digərinə keçirilənə kimi təxirə salınmışdır. İslam İnqilabı başlanan zaman işlər bir-birinə qarışdı və sənədin rəsmiləşdirilmə işləri yerdə qaldı. Nəticədə, alıcılara müraciət olundu və onlardan biri müəyyən məbləğdə pul ödədi, qalanları isə müxtəlif bəhanələrlə məbləğin qalanını vermədilər. Lakin sənədləri almaq üçün özləri Şəhər torpaq idarəsinə, Əmlak və Sənədlərin qeydiyyata alınma idarəsinə getmiş və sənəd istəmişlər. İslam Şurası Məclisinin qərarına görə sənədlərin qeydiyyata alınması idarəsi tərəfindən yer sahibinin razılığı şərt olunduğu üçün məni çağırdılar. Təyin olunmuş vaxtda oraya gedib bildirdim ki, alıcıların əvvəlcə ödədikləri məbləği təyin olunmuş dəyərlə qəbul edirəm. Pulunu ödəmədikləri qismi barəsində isə, pulun rial dəyərini, qiymətlərin məzənnəsini və vaxtın ötməsini nəzərə alıb, əmlak və sənədlərin qeydiyyata alınması idarəsinin məsul işçilərindən xahiş edirəm ki, ekspert təyin edərək günün məzənnəsi – hətta bir miqdar alıcıların xeyrinə qərar çıxarmaqla – mühasibə edilsin, əks halda sənədləri imzalamaqdan imtina edəcəyəm. Bu məsələnin şəri hökmü nədir?
Əgər alıcılar pulun qalanını ödəməkdə səhlənkarlıq etmiş, malik isə pulu qəbul edib, sənədlərin rəsmiləşdirilməsinə hazır imişsə və zamanın ötməsi səbəbindən qiymətlər arasındakı fərq nəzərə çarpacaq dərəcədə çox artmışsa, satıcının razılığın əldə etməlidirlər. Lakin yer sahibi səhlənkarlıq etmişsə, o məbləğdən artığını istəməyə haqqı yoxdur.
Xümsü verilməmiş pulla həccə getmək
Həcc xərclərimin hamısını ərim öz öhdəsinə götürmüşdür. Lakin onun xüms vermədiyini bilirəm. Mənim isə öz var-dövlətim və şəxsi əmlakım yoxdur. Bu təqdirdə mənim yol xərci, ehram paltarı və kəsiləcək qurbanlıq qarşısında olan vəzifəm nədir? Bunların xümsünü kim verməlidir?
Bunların xümsü sizin öhdənizədir. Ödəməyə qadir deyilsinizsə, istitaətli sayılmırsınız.
Bövl və qaiti ixtiyarsız xaric olan şəxslərin namazı
Bövl və qaiti ixtiyarsız gələn şəxsdən, hər an bövl və qaitin çıxması ehtimalı varsa və iki məxrəcinin ətrafı, habelə paltarı əksər hallarda nəcisdirsə, belə ki, üstünü dəyişsə belə yenidən nəcis olacaqsa namazını necə qılmalıdır?
Namazını elə həmin şəkildə qılmalıdır. Dəstəmaz almaq üçün "Tovzihil-məsail" risaləsinin 329-cu məsələsində deyilmiş göstərişə əməl etməlidir.
Mehriyyənin tələb olunan zaman və ya imkan daxilində ödənilməsi
Kişi və qadın, yaxud onların başçı və böyükləri aralarına müqavilə qoyur və mehriyəni təyin edirlər. Sonra mehriyədən iki yüz min tümənini nağd olaraq verilir. Yerdə qalanı isə kişinin öhdəsində qalır və ürf (camaat) tərəfindən belə başa düşülür ki, toy mərasimindən sonra zövcə bunu tələb edə bilər, əri də imkan daxilində ödəməlidir. Necə ki, keçmiş alimlərdə nikahnamələrdə belə qeyd edirdilər: فلها المطالبه بشرط التمکین و له الاداء عند القدره و الامکانLakin indiki zamanda rəsmi nikah dəftərxanaları sözü gedən meyarı nəzərdə tutmadan, yazırlar ki, kişi, mehriyə tələb olunan zaman onu ödəməlidir. Buna əsasən, onların arasında ixtilaf yarananda qadın deyir ki, əri mehriyəni nağd ödəməyincə, təslim olmayacaqdır, üstəlik onun nəfəqəsini də verməlidir. Qadının buna haqqı varmı?
“Mehriyə tələb olunan zaman ödəməlidir”, – deyə şərt olunarsa, qadının mehriyəni tələb etməyə haqqı var. Əgər təslim olmamaqda mehriyənin verilməməyinə istinad olunarsa, nəfəqə də almağa haqqı var. Əgər “ərin imkan daxilində ödəyəcəyi” şərt edilsə və ya ürf və adət baxımından bunu sübut edən dəlillər mövcud olsa, ərin imkanı olmadığı təqdirdə qadının bunu tələb etməyə haqq yoxdur. Belə olan halda təslim olmasa, nəfəqə almağa haqqı yoxdur.
Dəstəmaz üzvlərinə xal döydürmək
Xal döydürməyin hökmü nədir? Dəstəmaz və qüsl üçün problem yaradırmı?
Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.
Süni (protez) ayaqlarla namazı ayaq üstə qılmaq
Süni ayaqdan istifadə edən əlil qardaşlar bu ayaqlar vasitəsilə namazı ayaq üstə qılırlar. Bəzən ayaqlarının yorulduğundan və ya yaralanmasını ehtimal verərək protez ayağı çıxarıb namazlarını oturan yerdə qılırlar. Belə fərdlərə süni ayaqların köməyi ilə həmişə ayaq üstə namaz qılmaq vacibdirmi? Yoxsa belə hallarda namazı oturan yerdə də qıla bilərlər?
Çətin və məşəqqətli olmasa, əsaya və s. söykənməklə olsa belə namazı ayaq üstündə qılsınlar. Lakin çətin və məşəqqətli olsa və narahatçılığa səbəb olsa, oturan yerdə namaz qılsınlar.
Gecə üstü örtülü maşına minmək
Gecə vaxtı üstü örtülü olan maşına minmək həccə və ya ümrəyə zərər yetirirmi, kəffarəsi varmı?
Həcc və ümrəni batil etmir və əgər adi gecələr olsa kəffarəsi də yoxdur. Amma soyuq və yağışlı gecələrdə kəffarəsi var.
Qatilin qisas hökmündən bixəbərliyi
Qatil hökmü bilmədiyini və qəsdən adam öldürmənin cəzasının qisas olduğundan xəbərsiz olduğunu iddia etsə, bu iddia da məhkəmənin rəyinə görə həqiqətə yaxın sayılsa və doğru olması ehtimalı da mövcud olsa, qisas hökmünü tətbiq etməkdə təsiri olacaqmı?
Qisas hökmünü bilməməyin qisas hökmünü icra edib-etməməkdə heç bir təsiri yoxdur.