Heyzli qadınla qüsl almadan öncə yaxınlıq etmək Heyzlə qan kəsiləndən sonra və qüsl almamışdan qabaq yaxınlıq etmək caizdirmi? Caizdir. Lakin ehtiyat müstəhəb, bu işi tərk etməkdir. Qruplar: Pak olandan sonra və qüsldən öncə talaq və cinsi yaxınlıq
Heyzli qadının İmamların (əleyhimus-səlam) hərəminə daxil olması Heyzli qadının İmam Rzanın (ələyhis-səlam) mütəhhər zərihinin ətraf rəvaqlarına (eyvanlarına) daxil olmasının şəri cəhətdən eybi var? Belə ki, qəbri görsün və zərihə yaxın olsun. Maneəsi yoxdur. Lakin hərəmə daxil olmasın. Qruplar: Heyz olan qadına haram olan işlər