Vəqf olunmuş yerin həndəvərinin icarəçi tərəfindən abadlaşdırılması
Bir şəxs vəqf olunmuş bir torpaq sahəsini mütəvəllidən (nəzarətçidən) icarəyə götürür. İcarə edəndən sonra onun hərimində (ətrafında) olan yararsız torpaqları da abad edir. Sualımız budur ki, mütəvəlli icarə edənin abad etdiyi həmin torpaqları da vəqf torpaqlarından hesab edə bilərmi? Yoxsa icarə edən bu torpağın maliki olur?
Əgər şəriət baxımından bu torpaqlar vəqfin hərimidirsə, icarə edən şəxsin onları abad etməyə haqqı olmamışdır və malikinə də çevrilməyəcəkdir. Torpağın icarə müddəti sona çatana qədər, icarə edən şəxsin ondan istifadə etməyə haqqı var və onun icarə haqqını ödəməlidir. Mütəvəllinin də bunu ondan almağa haqqı yoxdur. Lakin icarə müddəti bitəndən sonra icarə edən şəxs üçün heç bir haqq qalmır.