Bir məscidin vəsaitini digər məscidə vermək
İki məscid bir-birinin yanında inşa edilmişdir və onların arasında bir həyət vardır ki, onların heç birinə aid deyil. Bu iki məscidin birinin avadanlıqlarını digəri üçün istifadə etmək olarmı? Məsələn, məscidlərdən birinin xalçasını digərinə aparmaq olarmı?
Caiz deyil. Yalnız bu halda olar ki, bu avadanlığın ümumi şəkildə vəqf olunması məlum olsun.