Məscidin qədim vəsaitini yenisi ilə əvəzləmək
İndiki zamanda adətən istifadə olunmayan qədim qab-qacaq kimi avadanlıq, məscidə vəqf olunmuşdur. Belə qab-qacağı hal-hazırda onlardan istifadə olunmadığına görə satıb onun pulu ilə buna oxşar qab-qacaq və ya məscidə lazım olan digər avadanlıq almaq olarmı?
Əgər hal-hazırda istifadəyə yararlı deyilsə, onları oxşar qab-qacaqla dəyişmək olar. Məscidin qab-qacağa ehtiyacı yoxdursa, onun digər xərcləri üçün istifadə olunsun.