Tovhid və Kafirun surələrindən başqa surələri yarımçıq buraxmaq
Məsələ 904: “İxlas” və “Kafirun” surələrindən başqa surələri yarıda saxlayıb başqa surə oxumaq olar. Bir şərtlə ki, həmin surənin ortasına çatmamış olsun.
Məsələ 904: “İxlas” və “Kafirun” surələrindən başqa surələri yarıda saxlayıb başqa surə oxumaq olar. Bir şərtlə ki, həmin surənin ortasına çatmamış olsun.
Məsələ 905: Əgər surənin bir hissəsini unutsa və ya vaxt dar olduğundan davam etdirə bilməsə, onu saxlayıb başqa bir surə oxuya bilər. Saxlanılmış surənin yarıdan saxlanılmasının, İxlas və Kafirun olmasının fərqi yoxdur.
Məsələ 906: Kişilərin sübh, şam və xiftən namazlarında Həmd-surəni ucadan oxuması vacibdir. Onlar günorta və ikindi namazlarının Həmd-surəsini astadan oxumalıdırlar. Qadınlar günorta və ikindi namazının Həmd-surəsini astadan oxumalıdırlar. Onlar sübh, şam və xiftən namazlarının Həmd-surəsini həm ucadan, həm də astadan oxuya bilərlər. Amma əgər onların səsini naməhrəm eşidərsə, müstəhəb ehtiyat budur ki, Həmd-surəni astadan oxusunlar.
Məsələ 907: Həmd-surəni ucadan oxumaq zəruri olduğu vaxt bilərəkdən onun bir sözünü astadan oxumaq namazı batil edir. Eləcə də astadan oxumalı olduğu yerdə bir sözü ucadan oxuyarsa namazı batil olar.
Məsələ 908: Ucadan oxunmalı qiraəti bilərəkdən astadan, astadan oxunmalı qiraəti bilərəkdən ucadan oxuyan şəxsin namazı batildir. Amma məsələni bilmədiyindən və ya unutduğundan belə edərsə namazı düzgündür. Əgər məsələni öyrənməkdə səhlənkarlıq etmiş olarsa, vacib ehtiyata əsasən, namazı təzələməlidir.
Məsələ 909: Əgər Həmd-surə oxuduğu vaxt başa düşərsə ki, həmin hissəni göstərişin ziddinə olaraq ya uca, ya da astadan oxuyub, onu təkrar oxuması lazım deyil. Amma yaxşı olar ki, yenidən düzgün oxusun.
Məsələ 910: Bir şəxs namazın qiraət və zikrində səsini çox ucaldıb, qışqırsa, namazı batildir.
Məsələ 911: Namazın qiraət və zikrini düzgün oxumaq lazımdır. Bilməyən bunu öyrənməlidir. Amma düzgün tələffüzü öyrənə bilməyənlər namazı bacardıqları kimi qılmalıdır. Bu qəbil insanlar imkan daxilində namazını cəmiyyətlə qılmağa çalışmalıdır.
Məsələ 913: Vacib ehtiyata əsasən, namazın vacib göstərişlərini öyrətmək müqabilində pul almaq olmaz. Amma müstəhəb göstərişlərin öyrədilməsi ilahi hökmlərin hifzi sayılmasa, bunun müqabilində muzd almaq olar.
Məsələ 914: İnsan Həmd-surəni və ya digər zikirlərin mətnindən hər hansı bir sözü bilməsə, ya onun fəthə və kəsrəsini dəyişik salsa, ya bir hərfini başqa hərf kimi oxusa (məsələn, “Zad” hərfinin əvəzinə “za” oxusa) leksik baxımdan səhv olarsa, namazı batildir.
Məsələ 915: Əgər bir şəxs namazın mətnində bir söz və ya bir ayəni uzun müddət oxuduqdan sonra yanlış oxuduğunu başa düşərsə, namazını yenidən qılması vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, onu ya təzələsin, ya da qəzasını qılsın.
Məsələ 916: Vacib deyil ki, təcvid alimlərinin daha gözəl oxunuşla bağlı göstərişlərinə əməl edilsin. Amma elə oxumaq lazımdır ki, “ərəbcə düzgün oxudu” söylənilsin. Amma təcvid göstərişlərinə əməl etmək daha yaxşıdır.