Qadının iddə vaxtında vəzifəsi
Məsələ 2152: Vəfat iddəsində olan qadın bəzəkli paltar geyməkdən, sürmə çəkməkdən, həmçinin zinət sayılan sair işlərdən çəkinməlidir.
Məsələ 2152: Vəfat iddəsində olan qadın bəzəkli paltar geyməkdən, sürmə çəkməkdən, həmçinin zinət sayılan sair işlərdən çəkinməlidir.
Məsələ 2153: Əgər qadın ərinin dünyadan getməsinə yəqinliyi olsa və vəfat iddəsi saxlayıb ərə getsə, ərinin sonradan ölməsi məlum olsa, ikinci ərindən ayrılmalıdır və vacib ehtiyata əsasən, əgər hamilədirsə, təlaq iddəsində deyildiyi kimi, ikinci əri üçün iddə saxlamalıdır və ondan sonra birinci əri üçün 4 ay 10 gün vəfat iddəsi saxlamalıdır. Əgər hamilə deyilsə, birinci əri üçün vəfat iddəsi və sonra ikinci əri üçün təlaq iddəsi saxlamalıdır.
Məsələ 2154: Qadının əri qaib, yaxud qaib hökmündə olsa, vəfat iddəsinin başlanğıcı qadının ərinin ölümündən xəbərdar olduğu vaxtdan başlanır.
Məsələ 2155: Əgər qadın “mənim iddəm tamam olub” desə, qəbul edilməlidir. Bir şərtlə ki, töhmət mövqeyində olmamalı və vacib ehtiyata əsasən, e’timadlı olmalıdır.
Məsələ 2156: Təlaq iki qisimdir: Bain təlağı və ric’i təlağı. Bain təlağı odur ki, kişinin arvadına dönmək hüququ yoxdur (dönməkdə məqsəd budur ki, kişi əqdsiz olaraq arvadı ilə barışıb, onu yenidən arvadlığa qəbul etsin).Bain təlağı da öz növbəsində 5 qismə bölünür: 1- Doqquz yaşı tamam olmayan qadının təlağı; 2- Yaisə qadının təlağı – yə’ni yaşı əllini keçsə; 3- Evləndikdən sonra əri onunla cinsi əlaqədə olmayan qadın; 4- Üç dəfə təlaq verilən qadının üçüncü təlağı; 5- Xül’ və mübarat təlağı. Bunların şərhi sonradan gələcək. Başqa təlaqlar isə ric’i təlaq adlanır və qadın iddədə olduğu zaman kişi ona dönə bilər.
Məsələ 2157: Əgər kişi arvadına ric’i təlağı versə, onu iddə zamanı yaşadığı evdən çıxarda bilməz (bəzi xüsusi hallarda istisnadır). Həmçinin, qadının özünə də lazımsız işlərdən ötrü evdən çölə çıxması haramdır.
Məsələ 2158: Ric’i təlaqda kişi nikah siğəsi oxumadan arvadına dönə bilər. Dönmək iki qismdir: 1- Sözünün mə’nası o arvadı yenidən arvadlığa qəbul etmək olsun; 2- Həmin mə’nanı çatdıran bir iş görməlidir.
Məsələ 2159: Kişinin döndüyü zaman şahid tutması, yaxud arvada xəbər verməsi lazım deyil. Hətta heç kəsin başa düşmədiyi halda “arvadıma döndüm” desə, düzgündür.
Məsələ 2159: Kişinin döndüyü zaman şahid tutması, yaxud arvada xəbər verməsi lazım deyil. Hətta heç kəsin başa düşmədiyi halda “arvadıma döndüm” desə, düzgündür.
Məsələ 2160: Əgər kişi arvadından bir mal alıb, təlaqdan sonra ona dönməyəcəyinə, yaxud dönmək hüququna malik olmamasına razılaşsa, dönmək hüququ pozulmur.
Məsələ 2161: Bir şəxs arvadına ikinci dəfə təlaq verib, sonra əqd etsə və yaxud yenidən ona dönsə (vacib ehtiyata əsasən, hər dəfə cinsi yaxınlıq edib, heyz görüb, pak olduqdan sonra ona təlaq versin), üçüncü dəfə ona təlaq versə, o qadın ona haram olar; o qadın yalnız bir halda ona halal olacaq ki, iddə keçdikdən sonra başqa bir ərlə daimi əqd edib, onunla cinsi yaxınlıq etsin və sonra ona təlaq verilsin. Belə bir halda iddədən sonra birinci ər onunla evlənə bilər.
Məsələ 2162: Əri ilə yaşamağa rəğbəti olmayan bir qadın onların ər-arvadlığı davam etdikdə günaha düşmək qorxusu olsa, ona təlaq vermək üçün öz mehriyyəsini və yaxud başqa malını ərinə bağışlaya bilər. Bu təlağa xül’ təlağı deyilir.