Təhiyyət namazı
Məsələ 837: Məscidə daxil olarkən ehtiram niyyəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Başqa vacib və ya müstəhəb namaz qılınsa da bəs edər.
Məsələ 837: Məscidə daxil olarkən ehtiram niyyəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Başqa vacib və ya müstəhəb namaz qılınsa da bəs edər.
Məsələ 838: Məsciddə yatmaq, dünya işləri barədə danışmaq, nəsihətamiz olmayan şe’rlər oxumaq məkruhdur, bəyənilmir. Eləcə də məscidi ağız, burun və sinə suyu ilə bulamaq, səsi qaldırmaq, hay-küy salmaq, məscidin hörmətinə yaraşmayan işlər görmək məkruhdur.
Məsələ 839: Körpələri və divanələri məscidə buraxmaq məkruhdur. Amma körpələr maneçilik yaratmasalar, onları məscid və namaza həvəsləndirmək üçün oraya gətirmək müstəhəbdir. Bə’zən isə bu vacib olur.
Məsələ 840: Sarımsaq, soğan və bu kimi şeylər yemiş, ağzının qoxusu insanları narahat edəcək şəxsin məscidə getməsi məkruhdur.
Məsələ 896: Gündəlik vacib namazların birinci və ikinci rəkətində “təkbirətül-ehram”dan sonra Həmd-surəsi oxunmalıdır. “Həmd”dən sonra vacib ehtiyata əsasən, Qur’ani-Məcidin surələrindən biri tam şəkildə oxunmalıdır. “Həmd”dən sonra hər hansı surədən bir neçə ayə oxumaq bəs etməz. Nəzərdə saxlamaq lazımdır ki, “Fil” və “Qüreyş”, eləcə də “Züha” və “Şərh” surələri namazda bir surə sayılır.
Məsələ 897: Vaxt dar olanda, oğru və ya yırtıcı qorxusu olanda, yalnız “Həmd”i oxumaq bəs edər. Tələsik bir iş olanda da surəni oxumamaq mümkündür.
Məsələ 898: “Həmdi” surədən qabaq oxumaq vacibdir. Bir şəxs bilərəkdən bu qaydanı pozsa namazı batildir. Əgər rükudan qabaq bu iş baş verərsə, yenidən və düzgün oxumaq lazımdır. Rükuya çatdıqdan sonra yada düşərsə, namaz düzgün sayılır. “Həmdi”, surəni və ya hər ikisini unutduqda da bu hökm gücündədir.
Məsələ 899: Vacib namazda səcdə ayəsi olan surələrdən biri bilərəkdən oxunarsa, vacib ehtiyata əsasən, səcdəni yerinə yetirib qalxmaq və “Həmd”, ardınca başqa surə oxumaq lazımdır. Namazı başa vurduqdan sonra isə bu namaz təzələnir. Əgər səcdə surəsini səhvən oxuyarsa, səcdə ayəsinə çatmazdan öncə başa düşdükdə həmin surəni tərk edib başqa surə oxumalıdır. Əgər yarıdan keçmiş olarsa vacib ehtiyat budur ki, namazı təzələsin. Səcdə ayəsini oxuduqdan sonra başa düşərsə, yuxarıdakı qaydaya əməl etməlidir.
Məsələ 900: Müstəhəb namazlarda səcdə surələrini oxumaq olar. Bu halda səcdə ayəsindən sonra səcdə yerinə yetirilir, sonra namaz davam etdirilir.
Məsələ 901: Müstəhəb namazlarda surəni oxumamaq olar. Hətta müstəhəb namaz nəzir vasitəsi ilə vacib olarsa da bu iş mümkündür. Amma xüsusi surələri olan müstəhəb namazlarda həmin namazın göstərişlərinə əməl edilməlidir.
Məsələ 902: Cümə gününün günorta namazında birinci rəkətdə “Həmd”dən sonra “Cumuə” surəsini, ikinci rəkətdə “Həmd”dən sonra “Munafiqun” surəsini oxumaq müstəhəbdir. Bu surələrdən birini oxumağa başlasa vacib ehtiyat budur ki, o biri surəyə keçməsin.
Məsələ 903: İstənilən bir namazda “İxlas” və ya “Kafirun” surəsindən digər bir surəyə keçmək olmaz. Yalnız cümə namazında “Cümə” və “Munafiqun” surələrinin yerinə başqa bir surə oxunmuşsa, surənin yarısına çatmamış onu tərk edib “Cümə” və “Munafiqun” surələrini oxumaq olar.