İmamın rükusuna çatmayacağını bilərkən surəni oxumamaq olar
Məsələ 1259: Əgər üçüncü və ya dördüncü rəkətdə imama iqtida etsə, Həmd və surəni oxumalıdır. Surə üçün vaxt olmasa təkcə Həmdi oxuya bilər. Amma özünü rükuda imama çatdırmalıdır.
Məsələ 1259: Əgər üçüncü və ya dördüncü rəkətdə imama iqtida etsə, Həmd və surəni oxumalıdır. Surə üçün vaxt olmasa təkcə Həmdi oxuya bilər. Amma özünü rükuda imama çatdırmalıdır.
Məsələ 1260: Bir şəxs əmin olsa ki, surəni oxusa rükuda imama çatacaq, vacib ehtiyat budur ki, surəni oxusun. Əgər surəni oxuduqda təsadüfən rükuda imama çatmasa, qıldığı camaat namazı düzgündür.
Məsələ 1261: Əgər imam ayaq üstə olsa və mə’mum hansı rəkətin qılındığını bilməsə, iqtida edib, savab məqsədi ilə Həmd surəni oxuya bilər və namazı düzgündür. İmamın üçüncü və ya dördüncü, birinci və ya ikinci rəkətdə olmasının fərqi yoxdur. Bir şərtlə ki, namaz günorta və ikindi namazı olsun və imam Həmd-surəni astadan oxumuş olsun.
Məsələ 1264: Vacib namaz qıldığı vaxt camaat namazı başlasa, üçüncü rəkətə daxil olmayıbsa, çatmayacağından qorxduqda müstəhəbdir ki, niyyətini müstəhəb namaza çevirib iki rəkətlə kifayatlənsin və özünü camaat namazına çatdırsın.
Məsələ 1265: Mə’mum təşəhhüd və salam oxuduğu vaxt imam namazını tamamlasa fərdi niyyət etmək lazım deyil.
Məsələ 1266: İmamdan bir rəkət geridə qalmış şəxs imam təşəhhüdü oxuduğu vaxt vacib ehtiyat budur ki, dizlərini yerdən qaldırıb əllərini və ayaqlarını yerdə saxlasın və mustəhəb ehtiyata əsasən imamla təşəhhüdü söyləsin.Təşəhhüd əvəzinə zikr də deyə bilər. Əgər təşəhhüd son təşəhhüddürsə vacib ehtiyat budur ki, səbr etsin ki, imam namazın salamını söyləsin, sonra ayağa qalxıb namazını davam etdirsin.
Məsələ 1273: Mə’mum öz niyyətində imamı müəyyənləşdirməlidir. Amma imamın adını bilmək vacib deyil. Əgər qarşıda dayanmış zəruri şərtlərə malik imama iqtida etmək niyyət edilərsə kifayatdir.
Məsələ 1274: Mə’mum namazın Həmd-surəsindən başqa bütün zikrlərini deməlidir. Həmd-surə o zaman öhdədən götürülür ki, mə’mum birinci və ikinci rəkətlərdə imamla namaz qılsın. Amma üçüncü və dördüncü rəkətlərdə imamın qiyam vəziyyətində ona iqtida edən şəxs Həmd-surəni özü deməlidir.
Məsələ 1275: Əgər mə’mum sübh, şam və xiftən namazlarında imamın qiraət səsini eşidərsə Həmd-surəni deməməlidir. Əgər imamın səsini eşitməzsə Həmd-surəni astadan oxuya bilər. Günorta və ikindi namazlarında isə vacib ehtiyat budur ki, Həmd və surəni heç vaxt deməsin. Amma astadan zikr demək olar və bu müstəhəbdir.
Məsələ 1276: Əgər mə’mum imamın Həmd-surəsinin bə’zi kəlmələrini və ya aydın olmayan şəkildə səsini eşidərsə, vacib ehtiyata əsasən, Həmd-surə deməsin.
Məsələ 1277: Əgər məmum səhvən Həmd-surə oxuyarsa və ya düşünərsə ki, eşitdiyi səs imamın səsi deyil, sonradan həmin səsin imamın səsi olduğunu başa düşdükdə namazı düzgündür. İmamın və ya başqa birinin səsi olduğuna şübhə etdikdə vacib ehtiyata əsasən Həmd-surə oxumamalıdır.
Məsələ 1278: Mə’mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Amma digər zikrləri öncə deməsinin eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, imamın səsini eşitdiyi halda ondan öncə deməsin.