Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1266Camaat namazının hökmləri

Bir rəkət imamdan geri qalanın vəzifəsi

Məsələ 1266: İmamdan bir rəkət geridə qalmış şəxs imam təşəhhüdü oxuduğu vaxt vacib ehtiyat budur ki, dizlərini yerdən qaldırıb əllərini və ayaqlarını yerdə saxlasın və mustəhəb ehtiyata əsasən imamla təşəhhüdü söyləsin.Təşəhhüd əvəzinə zikr də deyə bilər. Əgər təşəhhüd son təşəhhüddürsə vacib ehtiyat budur ki, səbr etsin ki, imam namazın salamını söyləsin, sonra ayağa qalxıb namazını davam etdirsin.

Nömrə 1275Camaat namazının hökmləri

İmamın Həmd-surə səsini eşitməyən məmumun vəzifəsi

Məsələ 1275: Əgər mə’mum sübh, şam və xiftən namazlarında imamın qiraət səsini eşidərsə Həmd-surəni deməməlidir. Əgər imamın səsini eşitməzsə Həmd-surəni astadan oxuya bilər. Günorta və ikindi namazlarında isə vacib ehtiyat budur ki, Həmd və surəni heç vaxt deməsin. Amma astadan zikr demək olar və bu müstəhəbdir.

Nömrə 1277Camaat namazının hökmləri

Məmum bilərəkdə Həmd-surəni oxuyarsa

Məsələ 1277: Əgər məmum səhvən Həmd-surə oxuyarsa və ya düşünərsə ki, eşitdiyi səs imamın səsi deyil, sonradan həmin səsin imamın səsi olduğunu başa düşdükdə namazı düzgündür. İmamın və ya başqa birinin səsi olduğuna şübhə etdikdə vacib ehtiyata əsasən Həmd-surə oxumamalıdır.

Nömrə 1279Camaat namazının hökmləri

Namazın əməllərində imamı keçmək

Məsələ 1279: Mə’mum namazın əməllərini, məsələn, rüku və səcdələri imamdan öncə yerinə yetirməməlidir. Əməllər imamla birlikdə və ya azca ondan sonra yerinə yetirilməlidir. Əgər mə’mum səhvən imamdan qabaq rükudan qalxsa yenidən rükuya getməli və imamla birlikdə qalxmalıdır. Bu halda rükunun say çoxluğu namazı batil etmir. Amma rükuya qayıtdıqda imama çatmamış imam rükudan qalxarsa namazı batildir.

Nömrə 1282Camaat namazının hökmləri

İmamdan qabaq rükuya əyilənin höküm

Məsələ 1282: Əgər mə’mum səhvən imamdan qabaq rükuya gedərsə, qalxıb imamın qiraətinin bir hissəsinə çatsa qalxmalıdır və imamla birlikdə rükuya getməlidir. Əgər imamın qiraətinə çatmayacağını bilsə, vacib ehtiyat budur ki, başını qaldırıb namazı imamla tamamlasın və yenidən qılsın.