Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1897Musaqat

Musaqatın mənası

Məsələ 1897: Əgər bir şəxs öz meyvə ağaclarını müəyyən müddət ərzində suvarıb qulluq etmək üçün başqasına versə və əvəzində ona meyvə payı ayırsa, belə müamiləyə “musaqat” deyilir.

Nömrə 1898Musaqat

Musaqatın hüdudları

Məsələ 1898: Meyvə ağaclarından əlavə, güllərindən gülab və s. kimi istifadə edilən gül kollarının, yarpaqlarından istifadə edilən xına, sedr ağaclarının və yaxud şirə və qətranından istifadə edilən ağacların musaqat müamiləsi düzgündür. Lakin, bu xüsusiyyətləri olmayan ağaclar haqqında musaqat düzgün deyil.

Nömrə 1899Musaqat

Şifahi və muatat formasında siğə

Məsələ 1899: Musaqat müamiləsində siğə oxumaq olar. Həmçinin, əgər ağac sahibi musaqat məqsədi ilə onu işləyən şəxsin ixtiyarında qoysa və o da həmin məqsədlə təhvil alsa, siğə oxumadıqları halda belə, müamilə düzgündür. (Lakin müddət və bə’zi şərtlər üçün əvvəlcədən lazımı danışıqlar aparılmalıdır.)

Nömrə 1900Musaqat

Musaqatın şərtləri

Məsələ 1900: Musaqatın bir neçə şərti var:1-Malik və bağ qulluqçusu həddi-büluğa çatmış, aqil olmalıdır; 2-Heç kəs onları bu işə məcbur etməməlidir; 3-Öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar; 4-Musaqatın müddəti məlum olmalıdır. Əgər onun başlanğıcını müəyyən etməyib, axırını o ildə məhsulun yetişdiyi vaxtı təyin etsələr, düzgündür; 5-Hər birinin payı yarısı, üçdə biri və yaxud bunlara oxşar olmalıdır. Bu baxımdan, məsələn, bir ton meyvə bağ sahibinin, qalanı isə bağda işləyənin olmasını şərt etsələr, müamilə batildir; 6- Müamilənin şərtləri meyvələr cücərməzdən öncə tə’yin edilməlidir. Əgər meyvələr cücərəndən sonra, lakin yetişməzdən öncə təyin etsələr və belə ki, meyvənin inkişafı üçün lazım olan suvarmaq, dərman səpmək kimi işlər qalmış olsa, musaqat düzgündür, əks təqdirdə iradı var. Əgər yalnız meyvələri dərmək, onları qorumaq kimi işlərə ehtiyac duyulsa, onların müqaviləsi düzgündür, lakin musaqat deyil.

Nömrə 1902Musaqatın hökmləri

Suvarmaya ehtiyacı olmayan ağacların musaqatı

Məsələ 1902: Yağış suyu və yaxud yerin rütubətindən qidalanan ağacların suvarmağa ehtiyacı olmasa və lakin başqa işlərə-bellənməyə, peyinlənməyə, meyvələrin çoxalması və keyfiyyətli olması üçün dərmanlanmağa ehtiyacı olsa, bu halda musaqat müamiləsi düzgündür.

Nömrə 1903Musaqatın hökmləri

Musaqat müqaviləsini pozmaq qaydası

Məsələ 1903: Müamilənin qarşı tərəfləri bir-birlərinin razılığı ilə musaqat müamiləsini poza bilərlər. Habelə, əgər müqavilə əsnasında onların hər ikisi və yaxud biri üçün müqaviləni pozmaq hüququ nəzərdə tutulubsa, müamiləni poza bilərlər. Əgər musaqat müqaviləsində müəyyən edilən şərtə əməl olunmasa və (bu) şərt xeyrinə olan şəxs qarşı tərəfi onun icrasına məcbur edə bilməsə, müamiləni poza bilər.

Nömrə 1904Musaqatın hökmləri

Bağ sahibinin ölümü ilə musaqatın hökmü

Məsələ 1904: Bağ sahibinin ölümü ilə musaqat müamiləsi pozulmur və varisləri onların canişinləri hesab olurlar. Lakin, ağaclara qulluq etmə işləri tapşırılan şəxs ölsə və şəxsən onun özünün bağbanlıq etməsini şərt ediblərsə, müamilə pozulur. Belə şərt etmədikləri halda, varisləri onun canişinləri olurlar.

Nömrə 1907Musaqatın hökmləri

Yeri ağac əkmək üçün vermək

Məsələ 1907: Ağac əkmək üçün torpağı bir şəxsə verib, məhsulun hər iki tərəfin olmasını şərt etsələr, bütün cəhətləri aydınlaşdırdıqları halda, musaqat olmamasından asılı olmayaraq, müamilə düzgündür.