Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 196Su

Əşyanı pak edəndən sonra nəcis olmasında şəkk

Məsələ 196: İnsan bir şeyi suya çəkdikdən və onun paklanmasına əmin olduqdan sonra düzgün suya çəkib-çəkməməsilə bağlı şübhəyə düşərsə, həmin şey pakdır. Amma murdar şeyi suya çəkən zaman diqqətsizlik göstərdiyini bilərsə, o işi yenidən görməlidir.

Nömrə 197Su

Nəcis əşyadan axan su

Məsələ 197: Qum və çınqıllı yeri az su ilə suya çəkdikdə axan su yerə hoparsa yer paklanar. Amma alt qatdakı dənəciklər murdar qalar. Əgər yer mailli olsa və axıdılan su onun üzərində qalmazsa həmin yer paklanar. Amma suya çəkərkən su bir yerə yığışıb qalarsa müəyyən vasitə ilə götürülməsə murdardır.

Nömrə 197Su

Nəcis torpağı paklamaq tərzi

Məsələ 197: Qum və çınqıllı yeri az su ilə suya çəkdikdə axan su yerə hoparsa yer paklanar. Amma alt qatdakı dənəciklər murdar qalar. Əgər yer mailli olsa və axıdılan su onun üzərində qalmazsa həmin yer paklanar. Amma suya çəkərkən su bir yerə yığışıb qalarsa müəyyən vasitə ilə götürülməsə murdardır.

Nömrə 200 Yer

Yerin pak etmə şərtləri

Məsələ 200: Əgər murdar yerlə yol getdiyi üçün insanın ayağının və ya ayaqqabısının altı murdarlanarsa, pak yerlə yeriməklə və ya yerə sürtməklə paklanar. Bir şərtlə ki, yer pak və quru olsun, murdarın əsli təmizlənsin. Eyni zamanda yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz.

Nömrə 202Yer

Paklamaq üçün nə qədər yol getmək lazımdır

Məsələ 202: Ayaq və ya ayaqqabının altının paklanması üçün bir qədər yol getmək və ya ayağı yerə sürtmək bəs edər. Amma yaxşı olar ki, ən azı on beş zira-yeddi tam onda beş metr yol gedilsin.

Nömrə 204Yer

Yerin pak etdiyi yerlər

Məsələ 204: Əgər yolda ayaqqabı və ya ayağın ətrafı murdarlanarsa, həmin yerlər yerə toxunmaqla paklanar. Amma əl və dizlər üzərində yeriməklə onların paklanması çətindir. Sü’ni ayaqlar, əsa (əl ağacı), dördayaqlıların nalı, avtomobil təkərləri də bu qəbildəndir.