Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 184Su

İplə toxunmuş həsiri təmizləmək tərzi

Məsələ 184: İplə toxunmuş həsir murdarlandıqda onu kürr və axar suya batırsalar, ya da su kəmərindən axar suya tutsalar, murdarın əsli təmizləndikdən sonra paklanar.

Nömrə 185Su

Buğdanı, düyünü, sabunu və bu kimi məhsulları necə təmizləməli

Məsələ 185: Əgər buğda, düyü, sabun və bu kimi şeylər zahirən murdarlanarsa, onları kürr və ya axar suya batırdıqda, eləcə də su kəmərindən axan suya tutduqda paklanar. Əgər murdarlıq onların daxilinə nüfuz edərsə, onları suya batırdıqda və ya suya tutduqda o qədər gözləmək lazımdır ki, suyun onların daxilinə nüfuz edib xaric olduğuna əminlik yaransın.

Nömrə 187Su

Nəcis olmuş əşya və geyimləri qabın içində yumaq tərzi

Məsələ 187: Murdarlanmış şeyi bir qaba qoyub üzərinə üç dəfə su töküb boşaltsalar, həmin şey paklanar. Bu vaxt qab da paklanır. Əgər murdarlanmış şey suyu sıxılıb çıxarılası libas kimi şeydirsə, onu hər dəfə sıxmaq lazımdır. Həmin vaxt qabı maili qoymaq lazımdır ki, su axıb tökülsün.

Nömrə 188Su

Rənglənmiş nəcis paltarı yumaq tərzi

Məsələ 188: Əgər murdarlanmış libas rəngləndikdə onu kürr və axar suya batırıb, ya da su kranına tutsalar, rəng suya çıxanadək su bütün libası islatdıqda onu paklayır. Libası sıxarkən ondan qatqılı su xaric olsa eybi yoxdur. Amma az su bütün libası islatmazdan öncə bulaşarsa, libası o qədər yumaq lazımdır ki, o saf su ilə islanmış olsun.

Nömrə 189Su

Yuyulmuş nəcis əşyada cüzi miqdarda sabun və gil aşkarlanarsa

Məsələ 189: Xalça və ya libası suya çəkdikdən sonra onda azca sabun və ya başqa əşya görünərsə, pakdır. Həmin əşya böyük olduqda onun zahiri pak sayılır. Əgər murdar su həmin əşyanın daxilinə nüfuz edərsə, onun paklanması üçün pak su ona nüfuz edib xaric olmalıdır.

Nömrə 190Su

Nəcisin iyi və rənginin qalması

Məsələ 190: Əgər murdar şeyi yusalar və murdarın əsli təmizlənsə, onda murdarın qoxusunun və rənginin qalmasının eybi yoxdur. Əgər murdarın əslinin qalması ilə bağlı şübhə yaransa, əminliyə çatanadək yumaq lazımdır.

Nömrə 193Su

Nəcis tükü az su ilə yumaq

Məsələ 193: Əgər başın və üzün tükü az su ilə suya çəkildikdə öz-özünə axıb gedərsə onları sıxmaq lazım deyil. Əgər öz-özünə axıb getməzsə, onları sıxmaq lazımdır.

Nömrə 194Su

Nəcis əti və quyruğu paklamaq tərzi

Məsələ 194: Murdarlanmış ət və quyruğu suya çəkdikdə paklanır. Bədən və ya libas yağlı olmamışdan qabaq nəcis olarsa bu yağ suyun bədənə və ya libasa çatmasına mane olur.Odur ki,ilk olaraq yağı təmizləmək lazımdır.Amma əgər bədən və libası yağlı etdikdən sonra nəcis olarsa zahirini paklamaq kifayətdir və yağı təmizləmək lazım deyildir.

Nömrə 195Su

Nəcis əşyanı kran suyu ilə yumaq

Məsələ 195: Kürr su ilə əlaqəli kranın suyu kürr və axar su hökmündədir. Bu su ilə istənilən bir şey yuyulduqda murdarın əsli təmizləndikdən sonra paklanır.