Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 172İt və yaxud donuzun yaladığı qab

İt yaladığı qabın ağzı dardırsa

Məsələ 172: İtin ağzının toxunduğu qabın ağzı darsa və onu torpaqla sürtmək imkanı olmasa, imkan olan şəraitdə bir çubuğa parça sarıyıb yaş torpağı həmin parça ilə qabın içinə sürtmək lazımdır. Bu iş mümkün olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır. Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur.

Nömrə 174Su

Şərabla nəcis olan qabı necə təmizləməli

Məsələ 174: Şərabla murdarlanmış qabı az su ilə üç dəfə yumaq və əllə sürtmək lazımdır. Həmin qabı yeddi dəfə yumaq müstəhəbdir.Kür və ya axar suilə bir dəfə yumaq kifayət edər və əl sürtçək də lazım deyildir.

Nömrə 175Su

Nəcis olmuş gil kuzələri necə təmizləməli

Məsələ 175: Murdar gildən düzəlmiş və ya murdar su tökülmüş kuzə kürr və ya axar suya daxil edilərsə, su onun içinə daxil olub çıxarsa, bu kuzə pakdır. Su qabın içinə nüfuz etmədiyi halda onun zahiri paklanır. Qabın zahirini az su ilə də paklamaq olar.

Nömrə 176Su

Qabları az su il paklamaq üsulu

Məsələ 176: Qabları paklamaq üçün onları az su ilə üç dəfə doldurub boşaltmaq kifayat edər. Ya da hər dəfə bir qədər su töküb onu elə hərəkət etdirmək lazımdır ki, su bütün murdar yerləri əhatə etsin. Sonra həmin su bayıra tökülür.

Nömrə 177Su

Böyük qabları necə təmizləməli

Məsələ 177: Küp və qazan kimi böyük qabları paklamaq üçün onları üç dəfə su ilə doldurub boşaltmaq bəs edər. Daha asan yol budur ki, hər dəfə bu qabların divarları yuxarıdan aşağıya suya çəkilsin və onların dibində yığışan su bayıra atılsın. Onların dibindən suyu götürmək üçün istifadə edilən qab hər dəfə yuyulmalıdır.

Nömrə 179Su

Nəcis təndiri necə təmizləməli

Məsələ 179: Murdarlanmış təndiri paklamaq üçün onu yuxarıdan aşağıya bir dəfə suya çəkmək bəs edər. Bir şərtlə ki, onun bütün ətrafı yuyulmuş olsun. Amma təndir sidiklə murdarlanarsa onu iki dəfə yumaq lazımdır. Yaxşı olar ki, onun dibində çala qazılsın və paklama zamanı axıdılan su həmin çalaya toplansın. Su həmin çaladan çıxarıldıqdan sonra onu torpaqla doldurmaq lazımdır.

Nömrə 180Su

Nəcis əşyanı kür və yaxud cari su ilə yumaq metodu

Məsələ 180: Murdar şeydən murdarın əslini təmizləmək üçün onu kürr və ya axar su ilə yusalar, ya da murdarın əsli təmizləndikdən sonra onu kürr və ya axar suya salsalar, paklanar. Amma xalça, libas və bu kimi şeyləri paklamaq üçün onları sıxmaq ya da hərəkət verməklə suyunu xaric etmək lazımdır.

Nömrə 181Su

Sidiklə nəcis olanları necə təmizləməli

Məsələ 181:İstər sidik və istərsədə sidikdən başqa bir şeylə murdarlanmış şeyi paklamaq üçün onu bir dəfə yumaq kifayət edər.İstər kürr su ilə olsun və ya az su ilə.Lakin Sidikdə az su ilə iki dəfə yumaq daha yaxşıdır.

Nömrə 183Su

Südəmər körpənin sidiyi ilə nəcis olmuş əşyanı necə təmizləməli

Məsələ 183: Bir şey yeməyə başlamamış südəmər körpənin istər oğlan olsun və yaxud qız sidiyi ilə murdarlanarsa həmin şeyin üzərinə bir dəfə su axıtmaq onu paklayar. Belə bir sidiklə murdarlanmış libas, xalça və bu kimi şeyləri sıxmaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, iki dəfə su axıdılsın.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت