Namazın bir hissəsini ayaq üstə qıla bilənin vəzifəsi
Məsələ 891: Bir şəxs namazın bir hissəsini ayaq üstə qıla bilərsə həmin qədərini ayaq üstə qılması vacibdir. Qalan hissəsini əyləşib qıla bilər. Bu da mümkün olmasa uzanıb qılsın.
Məsələ 891: Bir şəxs namazın bir hissəsini ayaq üstə qıla bilərsə həmin qədərini ayaq üstə qılması vacibdir. Qalan hissəsini əyləşib qıla bilər. Bu da mümkün olmasa uzanıb qılsın.
Məsələ 892: Bir şəxs zəiflikdən namazını uzanıb qılarsa, namazın gedişində qalxıb otura bilsə, həmin həddə oturaq vəziyyətdə qılmalıdır. Oturaq vəziyyətdə qıldığı vaxt ayağa qalxa bilərsə, bacardığı qədər ayaq üstə qılmalıdır. Amma bədən aramlaşanadək zikr deməməlidir.
Məsələ 893: Bir şəxs namazın son vaxtınadək ayaq üstə namaz qıla biləcəyini ehtimal edərsə, vacib ehtiyata əsasən, namazını əvvəl vaxtda qılmamalıdır.
Məsələ 894: Əgər ayaq üstə namaz qılmağa gücü varkən bunun zərərli olduğunu ehtimal verərsə, eləcə də bu səbəbdən xəstəliyinin uzun çəkəcəyini düşünərsə, oturub namaz qılmalıdır. Bu da zərərli olsa uzanmış vəziyyətdə namaz qıla bilər.
Məsələ 895: Yaxşı olar ki, ayaq üstə olduğu vaxt qamətini düz saxlasın. Çiyinlərini aşağı buraxsın, əllərini budlarının üzərinə qoysun, barmaqlarını bir-birinə yapışdırsın, bədəninin ağırlığını bərabər şəkildə iki ayağına salsın. Həmin vaxt səcdə yerinə baxsın, xüzu, xüşulu (qəlbən və cismən təvazökar) olsun. Kişilər ayaqlarını bir qədər aralı, qadınlar isə bitişik saxlamalıdır.
Məsələ 927: Namazın hər rəkətində qiraətdən (Həmd-surədən) sonra rükuya getmək vacibdir. Rüku dedikdə əlləri dizə qoyacaq həddə əyilmək nəzərdə tutulur. Vacib ehtiyat budur ki, əllər dizlərə qoyulsun.
Məsələ 928: Əgər bir şəxsin qolları və dizi başqalarından fərqlidirsə, məsələn, qolları çox uzundur və azca əyildikdə dizlərinə çatır, bu şəxs adi həddə əyilməlidir.
Məsələ 929: Oturaq vəziyyətdə namaz qılan şəxs rükuda o qədər əyilməlidir ki, onun rükuya getdiyi söylənilsin.
Məsələ 930: İnsan rüku məqsədi ilə əyilməlidir. Belə bir niyyət olmadan əyildikdə onu rüku saymaq olmaz. İnsan ayaq üstə dayanmalı və rüku məqsədi ilə əyilməlidir.
Məsələ 931: Rükuda zikr demək vacibdir. Vacib ehtiyata əsasən, rükuda üç dəfə “Sübhanəllah” və ya bir dəfə “Sübhanə rəbbiyəl əzimi və bihəmdih” deyilməlidir. Bu zikrlər aydın ərəb dilində tələffüz olunmalıdır. Müstəhəbdir ki, bu zikirlər üç, beş və ya yeddi dəfə təkrarlansın.
Məsələ 932: Vacib zikri deyərkən bədən aram dayanmalıdır. Rükuda müstəhəb zikirləri deyərkən də bədən aram olmalıdır.
Məsələ 933: İnsan vacib zikr söylədiyi vaxt bir şəxs ona toxunsa və ya başqa bir səbəbdən bədəni hərəkətə gəlsə, yalnız aram dayandıqdan sonra zikri yenidən deməlidir. Amma azca hərəkətin eybi yoxdur.