Niyyət namazın sonunadək qüvvəsində olmalıdır
Məsələ 867: Niyyət namazın sonunadək gücündə qalmalıdır. Əgər insan namaz gedişində nə etdiyini bilməzsə namaz batildir.
Məsələ 867: Niyyət namazın sonunadək gücündə qalmalıdır. Əgər insan namaz gedişində nə etdiyini bilməzsə namaz batildir.
Məsələ 868: Bir şəxs riya üçün, yə’ni özünü başqalarına göstərmək məqsədi ilə namaz qılıb ibadət edərsə, həm ibadəti batildir, həm də kəbirə günaha yol vermişdir. Əgər həm Allahı, həm də xalqı nəzərdə tutarsa, yenə də əməli batildir, kəbirə günah etmişdir.
Məsələ 869: Əgər namazın bir hissəsi riyakarlıqla icra olunarsa namaz yenə batildir. Həmin hissəni vacib və ya müstəhəb olmasının fərqi yoxdur. (Vacib ehtiyata əsasən).
Məsələ 870: Bir şəxs namazı Allaha xatir qıldığı halda riya üçün, özünü camaata göstərmək məqsədi ilə məscidə gedib cəmiyyət namazında iştirak edərsə, namazı batildir. Amma məqsədi namazı ilk vaxtda qılmaq və ya məsciddə qılmaq onun üçünn daha rahatdırsa bunun eybi yoxdur.
Məsələ 871: Namazın ilk hissəsi “təkbirətül-ehram” adlanan Allahu əkbərdən ibarətdir.Təkbirətül-ehramı bilərəkdən və ya səhvən tərk etmək namazı batil edir. Amma onu bilərəkdən artırmaq, məsələn, bir dəfə yox, iki dəfə “Allahu əkbər” söyləmək bilərəkdəndirsə, namazı batil edir.
Məsələ 872: “Allahu əkbər” cümləsi də namazın digər zikrləri kimi aydın ərəbcə söylənilməlidir. Bu sözlərin ərəbcə səhv söylənilməsi və ya tərcüməsinin deyilməsi bəs etmir.
Məsələ 873: “Təkbirətül-ehram” deyərkən bədən aram olmalıdır. Addım atan vəziyyətdə “Allahu əkbər” söylənilsə batildir. Səhvən belə edərsə, vacib ehtiyat budur ki, namazı pozacaq bir iş görsün (Məsələn, üzünü qiblədən çevirsin və yenidən təkbir söyləsin.)və yenidən təkbir desin.
Məsələ 874: Namazın təkbiri, Həmd-surəsi, başqa zikrləri elə deyilməlidir ki, (maneçilik olmasa) ən azı namaz qılan özü bunu eşitsin.
Məsələ 875: Əgər bir şəxs xəstəlik və ya lallıq səbəbindən təkbir deyə bilməzsə, bacardığı şəkildə deməlidir. Təkbir deməyə heç bir imkanı olmayan şəxs vacib ehtiyata əsasən, bunu işarə ilə həyata keçirməlidir. Cəmiyyətdə kar və lal kimi tanınan kəs dili ilə bacardığı kimi deməli və qəlbindən keçirməlidir.
Məsələ 876: “Təkbirətül-ehram”dan sonra savab ümidi ilə bu duanı oxumaq müstəhəbdir:يَامُحسِنُ قَد اَتَاكَ المُسيئُ وَقَد اَمَرتَ المُحسِنَ اَن يَتَجاوَزَ عَنِ المُسيِئِ اَنتَ المُحسِنُ وَاَنَا المُسِيئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجاوَز عَن قَبِيحِ مَاتَعلَمُ مِنِّى“Ya muhsinu qəd ətakəl-musiu və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musii əntəl-muhsinu və ənəl-musiu bihəqqi Muhəmmədin və ali Muhəmmədin səlli əla Muhəmmədin və ali Muhəmməd və təcavəz ən qəbihi ma tələmu minni”Tərcüməsi: “Ey ehsan edən Allah! Günahkar bəndən qapına gəlmiş. Əmr etmisən ki, ehsan əhli günahkarı bağışlasın. Sən ehsan edənsən, mən isə günahkar. Məhəmməd və Ali-Məhəmməd hörmətinə, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və bildiyin pis işlərimi bağışla!”
Məsələ 877: Müstəhəbdir ki, namazda “təkbirətül-ehram” və digər təkbirləri deyərkən əllər qulaq bərabərinədək qaldırılsın.
Məsələ 878: Bir şəxs şəkk etsə ki, “təkbirətül-ehram” söyləyib yoxsa yox, “Həmd” söyləməyə başlamışsa şəkkinə əhəmiyyət verməsin. Əgər hələ ki, heç nə deməyibsə, təkbiri söyləsin. “Təkbirətül-ehram”ı düzgün deyib-demədiyinə şəkk etdikdə bu şəkk təkbirdən sonra yaranmışsa ona əhəmiyyət verməsin.