Azanda müstəhəblər
Məsələ 856: Azan deyərkən üzü qibləyə dayanmaq, dəstəmazlı olmaq, səsi qaldırmaq, səsi uzatmaq, cümlələr arasında azca fasilə buraxmaq, arada danışmamaq müstəhəbdir.
Məsələ 856: Azan deyərkən üzü qibləyə dayanmaq, dəstəmazlı olmaq, səsi qaldırmaq, səsi uzatmaq, cümlələr arasında azca fasilə buraxmaq, arada danışmamaq müstəhəbdir.
Məsələ 857: Yaxşı olar ki, insan iqamə deyən zaman bədənini aram saxlasın, iqaməni azandan asta söyləsin, cümlələr arasında azca fasilə buraxsın, azan və iqamə arasında ya bir addım atsın, ya azca otursun, ya səcdəyə getsin, ya dua oxusun, ya da iki rəkət namaz qılsın.
Məsələ 848: Müstəhəbdir ki, başqa birinin dediyi azanı eşidən şəxs onun hər cümləsini təkrarlasın. Savab ümidi ilə iqaməni də təkrarlamaq müstəhəbdir. (Bu təkrarlama azan və iqamənin “hekayati” adlanır.)
Məsələ 858: Azan üçün ədalətli, vaxtı tanıyan, səsi münasib və uca olan bir şəxs seçilsə daha yaxşıdır. Yaxşı olar ki, azan uca bir yerdən söylənilsin. Amma səs ucaldıcı varsa, azanı uca yerdən deməmək olar.
Məsələ 859: Radio və bu kimi başqa xətlərdən azan eşitmək bəs etmir, namaz qılanın özünün yuxarıdakı şərtlər ödənməklə azan söyləməsi nəzərdə tutulur.
Məsələ 860: Günah məclislərə münasib haram musiqi tonunda azan söyləmək haram və batildir.
Məsələ 861: Vacib ehtiyat budur ki, azan həmişə namaz məqsədi ilə deyilsin. Namazı nəzərdə tutmadan yalnız vaxtın daxil olmasını bildirmək üçün azan deyilməsinə irad var.
Məsələ 862: Namazın on bir vacib şərti var: Niyyət; “Təkbirətül-ehram” (“Allahu əkbər” söyləmək); qiyam (farağat vəziyyətdə dayanmaq); qiraət; rüku; səcdələr; rüku və səcdənin zikrləri; təşəhhüd; salam; tərtib (ardıcıllıq); movalat (fasiləsizlik);
Məsələ 863: Namazın vacib şərtləri iki qismə bölünür: Rükn (əsas) şərtlər və rükn olmayan şərtlər. Rükn sayılan şərtlər yerinə yetirilmədikdə və ya artırılıb-əskildildikdə namaz batil olur. Bu işin bilərəkdən və ya səhvən baş verməsi şərt deyil. Rükn olmayan şərtlər isə bilərəkdən yerinə yetirilmədikdə və ya artırılıb-əskildildikdə namaz batil olur. Bu şərtlər bilmədən pozulduqda namaz batil olmur.
Məsələ 864: Namazın beş rüknü (əsası) var: Niyyət; təkbirətül-ehram; qiyam (təkbirətül-ehram deyərkən, rükuya bağlı qiyam, yə’ni rükudan qabaq qiyam vəziyyətində dayanmaq; rüku; səcdələr.) Niyyətdə artıqlıq təsəvvür olunmur. Təkbirətül-ehram da bilmədən artırılarsa namaz batil olmaz. Amma müstəhəb ehtiyat budur ki, belə olsa təkrarlansın.)
Məsələ 865: Namaz Allaha yaxınlaşmaq, Onun əmrini yerinə yetirmək məqsədi ilə icra olunmalıdır. Niyyəti dilə gətirmək və ya namazdan öncə qəlbdən keçirmək vacib deyil. Əgər namaza dayanan şəxsdən nə etdiyini soruşduqda Allaha xatir namaz qıldığını söyləyərsə, bəs edər.
Məsələ 866: Niyyət edərkən hansı namazın qılındığını nəzərdə tutmaq lazımdır. Təkcə dörd rəkət namaz niyyət edilsə kifayat deyil. Qılınacaq namaz niyyətdə müəyyənləşməlidir. Vacib ehtiyat budur ki, namazın qəza və ya əda olması da müəyyənləşsin.