Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 39Axar su

Mənbəyə qoşulmuş borudan axan su

Məsələ 39: Şəhərin, hamamların və bu kimi yerlərin mənbədən qidalanan, boru ilə axan suları axar su hökmündədir. Bir şərtlə ki, onların qidalandığı mənbənin suyu ya təklikdə, ya da borulardakı su ilə birlikdə kürr həddindən az olmasın.

Nömrə 16Təqlid

Mərcəyi-təqlidi dəyişmək

Məsələ 16: Təqlidi dəyişmək, yə’ni bir müctəhidin fətvalarını boşlayıb o birinə üz tutmaq vacib ehtiyata əsasən yol verilməzdir. Amma ikinci müctəhid daha elmli olduqda təqlidi dəyişmək mümkündür. Yetərincə araşdırma aparmadan təqlidi dəyişən şəxs yenidən əvvəlki müctəhidə üz tutmalıdır.

Nömrə 3Təqlid

Mərcəyi-təqlidin şərtləri

Məsələ 3: Təqlid edilən müctəhid: kişi, həddi-büluğa çatmış, ağıllı, on iki imamçı şiə, halal yolla doğulmuş (halalzadə), həmçinin vacib ehtiyata əsasən, ədalətli və diri olmalıdır. (Daxilindəki Allah qorxusu səbəbindən böyük günahdan çəkinən və kiçik günahları təkrarlamayan şəxs ədalətli sayılır).

Nömrə 7 Təqlid

Mərcəyi-təqlidin fətvalarını əldə etmək yolları

Məsələ 7: Müctəhidin fətvasını öyrənməyin bir neçə yolu var:a) Müctəhidin özündən eşitmək və onun əlyazmasını görmək;b) E’tibarlı sayılan risalədə görmək;v) E’tibarlı bir şəxsdən eşitmək;q) Fətvanın xalq arasında xatircəmliyə səbəb olacaq qədər məşhur olması.

Nömrə 1612Taxılın zəkatı

Mərhum insanın malının zəkatı onun borcundan irəlidir

Məsələ 1612: Əgər bir nəfər dünyasını dəyişsə və öhdəsində vacib zəkat və həm də camaata borcu olsa, ilk olaraq vacib olan bütün zəkatı zəkatı vacib olan maldan verməli və sonra borclarını ödəməlidirlər. Bu bir halda ola bilər ki, [ölən şəxsin] zəkatı vacib olan malı olsun.

Nömrə 11Təqlid

Mərhum müctəhidin fətvasına əməl etmək

Məsələ 11: İnsan təqlidə başlayarkən dünyasını dəyişmiş müctəhidin fətvalarına təqlidə başlaya bilməz. Vacib ehtiyata əsasən o müctəhid ə’ləm olarsa belə, təqlidə bu şəkildə başlamağa icazə verilmir.

Nömrə 10Təqlid

Mərhum müctəhidin təqlidində qalmaq üçün şərtlər

Məsələ 10: Əgər insanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, ona təqlidi davam etdirmək olar. Həmin müctəhid daha elmli olduqda təqlidi davam etdirmək vacibdir. Bir şərtlə ki, bu işdə onun fətvasına əməl etmiş olsun.

Nömrə 2401Ər-arvadın iris

Mərhumun birdən artıq arvadı varsa

Məsələ 2401: Əgər meyitin birdən artıq zövcəsi olsa, övladı olmadıqda malının dörddən biri, övladı olduqda səkkizdən biri yuxarıda deyilən şəkildə qadınlar arasında bərabər bölünür. Ərin onlarla yaxınlıqda olub-olmamasının fərqi yoxdur. Amma ölümcül xəstəlikdə ikən bir qadınla evlənsə, yalnız yaxınlıq etdiyi halda həmin qadın irs götürür.

Nömrə 2401Ər-arvadın iris

Mərhumun birdən artıq arvadı varsa

Məsələ 2401: Əgər meyitin birdən artıq zövcəsi olsa, övladı olmadıqda malının dörddən biri, övladı olduqda səkkizdən biri yuxarıda deyilən şəkildə qadınlar arasında bərabər bölünür. Ərin onlarla yaxınlıqda olub-olmamasının fərqi yoxdur. Amma ölümcül xəstəlikdə ikən bir qadınla evlənsə, yalnız yaxınlıq etdiyi halda həmin qadın irs götürür.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت