Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2084

Məhrəm insanlara baxmağın hüdudları

Məsələ 2084: Bir-birləri ilə məhrəm olan kişi və qadın (bacı- qardaş kimi) məhrəmlər arasında adət olan qədər bir-birlərinin bədəninə baxa bilərlər; bundan qeyri halda, vacib ehtiyata əsasən, baxmamalıdırlar.

Nömrə 2195

Məkkə hərəminin luqətəsi

Məsələ 2195: Vacib ehtiyata əsasən, Məkkə hərəmində bir dirhəm və yaxud ondan çox olan bir dəyərdə bir şey tapsa götürməsin.

Nömrə 1469Oruc

Məkruh oruclar

Məsələ 1469: “Aşura” gününün, habelə Ərəfə, yaxud Qurban bayramı günü olmasında şəkk olan günün orucu məkruhdur. Qonağın ev sahibinin icazəsi olmasdan oruc tutması da məkruhdur.

Nömrə 1751Müamilələr (ticarət)

Məkruh ticarətlər

Məsələ 1751: Əksər fəqihlər aşağıda qeyd edilən müamilələri məkruh bilmişlər və onlardan çəkinmək yaxşıdır:1-Sərraflıq və insanı sələmçiliyə və yaxud hər hansı bir haram əməllərə sövq edən işlər; 2- Kəfən satmağın peşə halı alması; 3- Alçaq, zahirdə mallarının halal olmalarına baxmayaraq, müamilələri şübhəli olan şəxslərlə müamilə etmək; 4- Sübh azanı ilə günəşin doğuş arasında müamilə etmək; 5- Bir malı almağa başlayan şəxsin müamiləsi bitməmişdən öncə başqa birisinin müamiləyə müdaxiləsi.

Nömrə 1277Camaat namazının hökmləri

Məmum bilərəkdə Həmd-surəni oxuyarsa

Məsələ 1277: Əgər məmum səhvən Həmd-surə oxuyarsa və ya düşünərsə ki, eşitdiyi səs imamın səsi deyil, sonradan həmin səsin imamın səsi olduğunu başa düşdükdə namazı düzgündür. İmamın və ya başqa birinin səsi olduğuna şübhə etdikdə vacib ehtiyata əsasən Həmd-surə oxumamalıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت