Başqasının zamin durmasının hökmü
40. Borcda bir başqasının zamin durması (başqasının borcunu öz öhdəsinə götürməsi) və ya borcunu ödəməyəcəyi təqdirdə bu borcu ödəyəcəyini bildirməsi düzgün və şər’idir.
40. Borcda bir başqasının zamin durması (başqasının borcunu öz öhdəsinə götürməsi) və ya borcunu ödəməyəcəyi təqdirdə bu borcu ödəyəcəyini bildirməsi düzgün və şər’idir.
41. Ölü torpaq sənədləşməklə kiminsə mülkü olmaz. Bu torpağı əkin üçün diriltmək lazımdır.
42. Cəzalandırma təkcə şallaqdan ibarət deyil. Bu işdə maddi cərimələr, həbs, hətta informasiya vasitələrində tanıtdırma kimi tədbirlər də nəzərdə tutulur. Bu cəza növlərindən istənilən biri şər’i hakim tərəfindən seçilir.
43. İslami hicabda libasın növü və rəngi mühüm deyil. Vacib olan budur ki, üz və əldən savayı bütün bədən örtülsün. Amma bədəni örtsə belə, zinətli libaslar geymək olmaz.
44. Həm həqiqi, həm də hüquqi şəxslər mülk sahibi ola bilər. Onların müamilədə tərəf olması qanunidir. Demək, hüquqi şəxs sayılan müəssisələr bə’zilərdən, yə’ni həqiqi şəxslərdən fərqlənmir.
45. Bütün müamilələrdə yazı və imza şifahi müqavilə siğəsini əvəz edə bilər. Amma vacib ehtiyata əsasən, izdivac və boşanmada şifahi də söylənməlidir.
46. Siqaret, tütün mə’mulatları, narkotik maddələrdən istifadə qəti haramdır.
47. Xəstənin həyatını xilas etmək üçün qan alış-verişi halaldır. Amma bədən üzvlərinin köçürülməsində, məsələn, böyrək köçürülməsində müstəhəb ehtiyat budur ki, bədən üzvünə görə yox, onu dəyişməyə icazə üçün pul alınsın. Bu iş o zaman caiz sayılır ki, bədən üzvünü verən şəxs üçün təhlükə olmasın.
48. Mala qiymət tə’yin edilməsində alıcı və satıcı azaddır. Amma bu azadlıq bə’zən fəsada, iqtisadi tarazlığın pozulmasına səbəb olarsa, şər’i hakim özü qiymət tə’yin edə bilər. Şər’i hakimin tə’yin etdiyi qiymət əsas götürülməlidir.
49. İslam məmləkətlərinin müdafiəsi vacibdir. Məmləkətin müdafiəsinə qalxmaq təkcə həmin ölkədə yaşayan müsəlmanlara aid deyil. Əgər hər hansı müsəlman ölkəsi və ya müqəddəsliyə hücum edilmişsə, bütün dünya müsəlmanlarına vacibdir ki, müdafiəyə qalxsınlar.
50. Aylı və aysız gecələrdə sübh azanının vaxtı sabitdir. Vaxtın tə’yinində me’yar üfüqdə işığın görünməsidir. Gecənin aylı olub-olmamasının fərqi yoxdur.
Məsələ 1927: Əgər vəkil ixtiyarında olan malın qorunmasında səhlənkarlıq etsə və yaxud icazəli işlərdən başqa bir iş gördükdən sonra o mal aradan getsə və yaxud naqis olsa, zamindir. Lakin o işlərdən sonra mal qalsa və onda icazəli işləri görsə etsə, o işlər düzgündür.