Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1685Müxtəlif məsələlər

Zəkat malının miqdarında razılaşma

Məsələ 1685: Fəqirin, miqdarından az olan zəkatla razılaşmaq, onun qiymətindən baha olan bir şeyi almaq və yaxud zəkatı malikdən alıb özünə bağışlamaq haqqı yoxdur. Hətta bir şəxsin çoxlu zəkat borcu olsa, fəqir olub, zəkatı ödəyə bilmədiyindən, digər borcları kimi, (bu da) onun öhdəsində qalır və (zəkatı) alıb ona bağışlamaq işkallıdır.

Nömrə 1686Müxtəlif məsələlər

Zəkat malı ilə dini kitabların vəqfi

Məsələ 1686: İnsan zəkatla İslami hədəflərin inkişafında tə’sirli olan dini, elmi, Quran, dua və s. kitablar alıb, istər hamı, istərsə də xüsusi adamlar, hətta övladı və xərcləri özünə vacib olan şəxslər üçün vəqf edə bilər. Lakin, zəkatla hansısa mülkü alıb, oğluna vəqf edə bilməz.

Nömrə 1688Müxtəlif məsələlər

Müvəkkilin zəkat malından vəkilin istifadə hökmü

Məsələ 1688: Əgər malik malının zəkatını vermək üçün bir şəxsi vəkil etsə, lakin ifadəsinin zahiri (mənası) onu başqalarına vermək olsa, müstəhəqq olmasından asılı olmayaraq, vəkil özü ondan heç nə götürə bilməz. Əgər ifadəsinin zahiri (mənası) ümumi olsa, özü də istifadə edə bilər.

Nömrə 1691Müxtəlif məsələlər

Hansı irəlidir: borcu, zəkatı, xümsü, kəffarəni və yaxud nəziri ödəmək?

Məsələ 1691: Əgər bir nəfərin öhdəsində xüms, zəkat və ya borc varsa və kəffarə, nəzr və s. kimi şeylər ünvanı ilə bə’zi mallar da ona vacib olubsa, bunların hamısını ödəyə bilmirsə və əgər zəkat, xüms vacib olan eyni malın özü aradan getməyibsə, xüms və zəkatın (ödəməsini) önə salmalıdır. Əgər aradan gedibsə, vacib ehtiyata əsasən, camaatın haqqını önə salmalıdır. Əgər belə bir şəxs dünyadan köçsə və onun malı bütün bunlar üçün kifayat etməsə, qeyd edilən qaydada əməl etməlidirlər.

Nömrə 1692Fitrə zəkatı

Fitrə zəkatı kimlərə vacibdir?

Məsələ 1692: Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa’ (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir.

Nömrə 1693 Fitrə zəkatı

Varlı kimdir?

Məsələ 1693: İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.