Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 321On ikinci şərt, maneə olmamalıdır

Üzük və bilərzik

Məsələ 321: Əgər barmaqdakı üzük, qoldakı qolbaq və bu kimi şeylər suyun dəstəmaz üzvlərinə çatmasına mane olmazsa, dəstəmaz düzgündür. Suyun dəriyə çatması üçün həmin əşyaları tərpətmək lazımdır. Əgər insan dəstəmazdan sonra dəstəmaz üzvlərində üzük və ya başqa maneə görsə və onların dəstəmaz vaxtı üzərində olub-olmadığını bilməsə, dəstəmazı düzgündür. Bir şərtlə ki, dəstəmaz zamanı bu şeylərə diqqətli olduğunu düşünsün.

Nömrə 322On ikinci şərt, maneə olmamalıdır

Dəstəmazın düz olmasında şəkk

Məsələ 322: Dəstəmazı başa çatdırdıqdan sonra şəkk yaransa ki, dəstəmazın bütün əməlləri yerinə yetirilib, yoxsa yox, eləcə də, dəstəmazın bütün şərtləri ödənib yoxsa yox, bu şəklərə e’tina etmək lazım deyil. Amma dəstəmaz əsnasında şəkk yaranarsa bu işi görmək lazımdır.

Nömrə 323Dəstəmazın hökmləri

Dəstəmazın pozulması il bağlı şəkk

Məsələ 323: Dəstəmazlı şəxs dəstəmazın batil olub-olmadığına şəkk edərsə, dəstəmazının qaldığını qəbul etməlidir. Əgər dəstəmazı olmayan şəxs sonradan dəstəmaz alıb-almadığını şəkk edərsə, dəstəmazlı olmadığını qəbul etməlidir.

Nömrə 328Sidik və nəcisin mütəmadi axması

Namaz vaxtı sona çatmamış namaz üçün fürsət yaranacağını bilənlərin vəzifəsi

Məsələ 328: Əgər insanda elə bir xəstəlik varsa ki, sidik damla-damla xaric olsun və ya nəcisin qabağını saxlaya bilməsin, namazın son vaxtınadək dəstəmaz və namaz üçün möhlət tapacağını bilsə, namazı həmin vaxt qılmalıdır. Belə bir şəxs namazın vacib hissələri ilə kifayatlənməli, möhlət olmadıqda azan, iqamə və qunutu tərk etməlidir.

Nömrə 329Sidik və nəcisin mütəmadi axması

Dalbadal sidiyi axanların vaxt dar olarkən vəzifələri

Məsələ 329: Əgər dəstəmaz və namaz miqdarında möhlət olmasa, amma namaz gedişində bir neçə dəfə sidik və nəcis xaric olsa, həmin şəxs hər dəfə dəstəmaz almaq istəsə eybi yoxdur. Bu halda vacib ehtiyata əsasən, yanına su qabı qoymalı və hər dəfə sidik və ya nəcis xaric olduqda dəstəmaz almalıdır. Sonra namazın qalan hissəsini qıla bilər. Amma sidik və nəcis tez-tez xaric olarsa və insan üçün hər dəfə dəstəmaz almaq çətinlik törədərsə, bir dəfə dəstəmaz alması bəs edər.

Nömrə 333Sidik və nəcisin mütəmadi axması

Dəstəmazla namaz arasında fasilə salmaq

Məsələ 333: Bir insandan sidik və nəcis ardıcıl şəkildə xaric olursa, bu şəxs hər dəstəmazdan sonra dərhal namaza başlamalıdır. Belə bir şəxs ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd üçün dəstəmaz almaya bilər. Bir şərtlə ki, namazla bu işlər arasında fasilə buraxmasın.