Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 906Qiraət

Kişilər və qadınlar üçün Həmd və surə qiraəti

Məsələ 906: Kişilərin sübh, şam və xiftən namazlarında Həmd-surəni ucadan oxuması vacibdir. Onlar günorta və ikindi namazlarının Həmd-surəsini astadan oxumalıdırlar. Qadınlar günorta və ikindi namazının Həmd-surəsini astadan oxumalıdırlar. Onlar sübh, şam və xiftən namazlarının Həmd-surəsini həm ucadan, həm də astadan oxuya bilərlər. Amma əgər onların səsini naməhrəm eşidərsə, müstəhəb ehtiyat budur ki, Həmd-surəni astadan oxusunlar.

Nömrə 763Xalis ipəkdən olmasın

Kişilər üçün ipək paltar geyməyin höküm

Məsələ 763: Kişilərin xalis ipəkdən libas geyinməsi haramdır. Hətta xalis ipəkdən hazırlanmış araxçın və başqa şeylər də namazı batil edir. Libasın astarı da xalis ipəkdən olmamalıdır. Amma qadınlar üçün bütün bunlar həm namazda, həm də namazdan başqa vaxtlarda halaldır.

Nömrə 761Qızılla toxunmuş olmasın

Kişilər üçün qızılın höküm

Məsələ 761: Kişilərin qızıl üzük taxması, qızıl saat vurması, üzərində qızıl zinət gəzdirməsi haramdır. Bu zinətlərlə qılınan namaz batildir. Vacib ehtiyata əsasən, qızıldan hazırlanmış eynəkdən də çəkinmək lazımdır. Amma bütün bunlar istər namazda, istər namazdan başqa vaxtlarda qadınlara halaldır.

Nömrə 2038Nikahın pozulmasına səbəb olan eyblər

Kişinin nikahı pozmasına icazə yaradan eyblər

Məsələ 2038: Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər:1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5-Aşikar bilinən şil(əlil)olma; 6-Əfza olmaq (yə’ni, sidik və heyzin, yaxud heyzlə nəcisin məcrası bir olsa və yarıq cinsi əlaqə etmək üçün mümkün olmasın); 7-Qadında cinsi əlaqəyə mane olan artıq ət, sümük, vəz olsa.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت