Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1753Haram və batil ticarətlər

Nəcis olmuş malı satmaq

Məsələ 1753: Sonradan murdarlanmış, amma suya çəkilməsi mümkün olan pak bir şeyin- meyvə, parça, xalça kimi - murdar halda satılmasının eybi yoxdur. Lakin müştəri ondan yemək və ya paklıq şərt olan yerlərdə istifadə etmək üçün almaq istəsə, gərək ona (sözü keçən şeylərin murdar olması) deyilsin.

Nömrə 1754Haram və batil ticarətlər

Nəcis olmuş yağı satmaq

Məsələ 1754: Əgər suya çəkilməsi mümkün olmayan (yağ kimi) pak bir şey murdarlansa və yalnız yemək üçün istifadə edilsə, satılması batil və haramdır. Əgər pak olması şərt olmayan başqa yerlərdə istifadə etmək mümkündürsə (murdarlanmış neft kimi), müamiləsi düzgündür.

Nömrə 1757Haram və batil ticarətlər

Müsəlman bazarından alınan ətlər

Məsələ 1757: Müsəlman bazarından və ya müsəlman əlindən alınan ətlərin alqı-satqısının eybi yoxdur. Lakin kafir ölkələrindən və ya kafirdən alan müsəlmanın heyvanının şəriət göstərişi ilə zibh edilib-edilməməsini araşdırmadığını bilsə, onun alqı-satqısı batil və haramdır. Əgər zahirdə dinə bağlı olan, araşdırdığı ehtimal olunan bir müsəlmandan alsa, müamiləsi düzgündür. Amma kafir ölkələrindən gətirilən dəriləri almaq icazəli və pakdır, hərçənd, onunla namaz qılmaq olmaz.

Nömrə 1759Haram və batil ticarətlər

Qəsb olunmuş malın alğı-satqısı

Məsələ 1759: Qəsb edilmiş malın alqı-satqısı da haram və batildir və gərək satıcı pulu alıcıya qaytarsın. Lakin, alıcının qəsb edilmiş malı sahibindən başqasına vermək haqqı yoxdur. Əgər sahibini tanımırsa, şəriət hakiminin göstərişinə əməl etməlidir.

Nömrə 1762Haram və batil ticarətlər

Radio, televizor və bu kimi malların ticarəti

Məsələ 1762: Halal məqsədlərlə istifadə olunan, əhəmiyyətli və şəriət baxımından heç bir iradı olmayan radio, televizor və s. cihazların alqı-satqısı caizdir. Lakin, istifadəsi halal olan bir şeyi yalnız haram işlərdə məsrəf edən (məsələn, üzümü şərab zavoduna satmaq) şəxsə satsa, müamiləsi haramdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت