Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 61Suların hökmləri

Heyvanları qabağından qalmış su

Məsələ 61: İt və donuz kimi murdar heyvanların içdiyi suyun artığı murdardır. Amma pişik və başqa yırtıcı heyvanlar kimi əti haram heyvanların içdiyi suyun artığı pakdır. Amma bu suyu içmək məkruhdur, bu işi görməmək daha yaxşıdır.

Nömrə 62Suların hökmləri

Su içməyin müstəhəb əməlləri

Məsələ 62: İçiləcək suyun tam təmiz olması müstəhəbdir, bəyənilir. Xəstəlik törədəcək sulardan içmək haramdır. İnsanın yuyunduğu suların da təmiz olması daha yaxşıdır. Üfunətli və bulaşıq sulardan imkan həddində çəkinmək lazımdır.

Nömrə 63Ayaqyolu hökmləri

Cinsi orqanı örtməyin vacibliyi

Məsələ 63: İstər ayaqyolunda, istərsə də başqa vaxtlar, istər məhrəm (bacı və qardaş kimi), istərsə də naməhrəmlərin gözü qabağında, istər büluğ həddinə çatanların, istər büluğ həddinə çatmayanların, hətta yaxşını pisdən seçə bilməyən (müməyyiz) körpələrin hüzurunda insanın öz ayıb yerini örtməsi vacibdir. Amma ər və arvadın bir-birindən örtünməsi vacib deyil.

Nömrə 65Ayaqyolu hökmləri

Ayaqyolu zamanı bədənin vəziyyəti

Məsələ 65: Ayaqyolunda sidiyə gedən və bayıra çıxan vaxt üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz. Ayıb yerin özünü çevirmək kifayat etmir. Amma bədən üzü qibləyə və arxası qibləyə olmayan vaxt vacib ehtiyata əsasən, ayıb yer üzü qibləyə və arxası qibləyə çevrilməməlidir.

Nömrə 69Ayaqyolu hökmləri

Qiblənin hara olduğunu bilməyən insanların vəzifəsi

Məsələ 69: Ayaqyoluna gedən zaman qibləni tanımayan şəxs onu tapmağa çalışmalıdır. Əgər tapa bilməzsə, bir qədər gözləməlidir. Gözləyə bilmədikdə istənilən bir tərəfə üz tutub oturmasının eybi yoxdur. Təyyarə və qatarda da bu nöqtə nəzərə alınmalıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت