Yağış suyu yağış yağmayan yerə çatarsa
Məsələ 45: Əgər yağış suyu axıb yağışın yağmadığı bir yerə çatarsa oranı paklayar, bir şərtlə ki, yağış kəsilməsin.
Məsələ 45: Əgər yağış suyu axıb yağışın yağmadığı bir yerə çatarsa oranı paklayar, bir şərtlə ki, yağış kəsilməsin.
Məsələ 46: Yağış suyu yağışla əlaqəli şəkildə bir yerə toplanarsa yağış suyu hökmündədir. Bu su kürr miqdarından az olsa da bütün murdar şeyləri paklayır.
Məsələ 47: Əgər pak bir xalça murdarlanmış yerə sərilmişsə, onun üzərinə yağan yağış altına keçdikdə xalça murdarlanmır, hətta yer pak qalır.
Məsələ 48: Əgər yağış suyu murdar hovuza yağarsa, ya ona qatışarsa, hovuzdakı su paklanar.
Məsələ 49: Quyu suyu həm pakdır, həm də pakedicidir. Bu su kürr miqdarından az da olsa həmin xüsusiyyətlərə malikdir. Murdarlanmış şeydə murdarın əsli olmazsa, həmin şey quyu suyu ilə yuyulduqda paklanır. Bir şərtlə ki, murdarın əsli toxunub, qoxusunu, rəngini və ya dadını həmin şeyə keçirməsin.
Məsələ 50: Quyuya murdar bir şeyin düşməsi ilə onun suyu murdarlanmasa da, hər murdar əşya müqabilində quyudan bir miqdar su çəkib bayıra atmaq müstəhəbdir. Bu miqdar fiqh kitablarında ətraflı şəkildə bəyan olunmuşdur.
Məsələ 51: Suyu su nasosu ilə bayıra vurulan dərin, yarım dərin və adi bir quyulardan çəkilən su kürr miqdarında olarsa, həmin su pakedicidir. Əgər kürr miqdarından az olarsa, onun daim cərəyanda olan suyu quyu suyu hökmündədir və murdara toxunmaqla murdarlanmır.
Məsələ 52: Əgər quyunun suyu ona murdarın əslinin düşməsi ilə həmin murdarın qoxusunu, rəngini və ya dadını alarsa, sonradan bu dəyişiklik öz-özünə aradan qalxarsa, quyunun suyu pak sayılmaz. Onun suyunun paklanması üçün bu suya yerdən qaynayan yeni sular qatışmalıdır.
Məsələ 53: Öncə qeyd etdiyimiz kimi, gülab, meyvə şirəsi kimi qatqılı sular murdar şeyi paklamır, həmin sularla dəstəmaz almaq, qüsl vermək düzgün deyil.
Məsələ 54: Əgər qatqılı su murdar şeyə toxunarsa murdarlanar. Yalnız üç halda həmin su murdarlanmaz.1. Həmin su yuxarıdan aşağıya axmış olsun; məsələn: gülabı bir qabla yuxarıdan aşağıya murdar şeyin üzərinə töksək qabda qalmış gülab murdarlanmaz.2. Fəvvarə şəklində təzyiqlə aşağıdan yuxarıya qalxmış olsun; belə halda suyun yalnız murdara toxunan hissəsi murdarlanır.3. Su o qədər çox olsun ki, “murdar ona sirayat etməyib” desinlər. Məsələn, murdar şey qatqılı suyu olan böyük bir gölə və ya çox uzun neft borusunun bir tərəfindəki neftə toxunarsa onların qalan hissəsi murdarlanmaz.
Məsələ 55: Əgər qatqılı və murdar su kürr və ya axar suya qatışdıqdan sonra, qatqılı sayılmazsa, paklanar.
Məsələ 56: Əgər saf suya sonradan nə isə qatılmasına şübhə edəriksə bu su saf su hökmündədir. Məsələn, su sayılıb-sayılmadığı mə’lum olmayan sel suları kimi. Bu elə bir sudur ki, onunla murdar şeyi yumaq, dəstəmaz almaq, qüsl vermək olar. Amma qatqılı suyun sonradan saflaşmasına şübhə edəriksə, bu su qatqılı su hökmündədir.