Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 781Bir barmaq bəndindən artıq olan qan

Namazdan bir barmaq bəndindən az qan

Məsələ 781: İkinci üzürlü hal: Əgər namaz qılanın libasındakı və ya bədənindəki qan bir dirhəm ölçüsündən kiçikdirsə, həmin halda namaz qılmaq olar. Bir şərtlə ki, bu qan heyiz, nifas, istihazə, eləcə də it və donuz, ölü heyvan, əti haram olan heyvanın qanı olmasın. Vacib ehtiyata əsasən, kafirin də qanı bu qəbildəndir.

Nömrə 788Uşaq dayəsi olan qadın

Uşaq dayəsi olan qadınn paltarı

Məsələ 788: Beşinci üzürlü hal: Körpə uşağa dayəlik edən və libasını namaz üçün asanlıqla paklaya bilməyən qadın gündə bir dəfə libasını paklayarsa onunla namaz qıla bilər. Onun libası uşaq sidiyi ilə murdarlansa da eyni hökmdədir. Amma vacib ehtiyat budur ki, libasını qılacağı birinci namaz üçün suya çəksin.

Nömrə 792

Namazqılanın məkanında beş şərt

Məsələ 792: Namaz qılanın yeri ilə bağlı bir neçə şərt ödənməlidir: Birinci şərt: Yerin halal olması;Vacib ehtiyat budur ki, namaz qılanın namaz qıldığı yer halal olsun. Demək, qəsbi yerdə və ya qəsbi xalça üzərində namaz qılmaq iradlıdır. Başqasının ixtiyarında olan icarəyə götürülmüş yer də belədir. Həmin yerdə icarəçinin icazəsi olmadan namaz qılmaq iradlıdır. Başqasına aid mülk də bu qəbildəndir. Məsələn, bir şəxs vəsiyyət etsə ki, onun malının üçdə biri müəyyən istiqamətdə xərclənsin, o dünyasını dəyişdikdən sonra üçdə bir ayrılanadək həmin yerdə namaz qılmaq olmaz.

Nömrə 792Mubah olmalıdır

Qəsbi məkanda namaz

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت