Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1708Fitrə zəkatı

Əsgərlərin fitrəsi

Məsələ 1708: Hərbi hissə və döyüş meydanlarında olan əsgərlərin xərcləri dövlətin öhdəsindədir. Lakin, onların fitrəsi dövlətə vacib deyil. Əgər (deyilən) şərtlər onlarda varsa, öz zəkat fitrələrini şəxsən verməlidirlər.

Nömrə 1709Fitrə zəkatı

Ayın son günündə gün batandan sonra ölən insanın fitrəsi

Məsələ 1709: Əgər bir nəfər ayın son gününün qürbndan sonra dünyadan getsə, gərək onun və ailəsinin fitrəsini malından versinlər. Lakin, əgər qürubdan qabaq ölsə vacib deyil. Ailəsi vacib fitrənin şərtlərinə malik olduğu halda, özləri fitrə zəkatlarını ödəməlidirlər.

Nömrə 1710Fitrə zəkatının xərcləndiyi yerlər

Fitrə ala bilən fəqirin şərtləri

Məsələ 1710: Vacib ehtiyata əsasən, zəkatın fitrəsini müsəlman, on iki imam şiəsi olmaq şərti ilə yalnız fəqir və miskinlərə verməlidirlər. Habelə, ehtiyaclı olan şiə uşaqlarına da, onlar üçün istifadə edib, yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından asılı olmayaraq, fitrə vermək olar.

Nömrə 1711Fitrə zəkatının xərcləndiyi yerlər

Ədalət şərt deyil

Məsələ 1711: Fitrə alan fəqirin adil olması lazım deyil. Lakin, vacib ehtiyata əsasən, içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin.

Nömrə 1714Fitrə zəkatının hökmləri

Bir saa bir maldan olmalıdır

Məsələ 1714: İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sa’nın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər.

Nömrə 1716Fitrə zəkatının hökmləri

Əgər fitrə alanine fəqir olmaması üzə çıxsa

Məsələ 1716: Əgər fəqir hesab edib bir şəxsə fitrə verilsə, sonradan fəqir olmaması mə’lum olsa, o malı geri alıb müstəhəqqə verə bilər. Əgər geri almasa gərək öz malından fitrəni versin. Əgər aradan gedibsə, fitrəni alan şəxs aldığının fitrə zəkatı olduğunu bilsə, gərək onun əvəzini versin. Belə olmadığı halda əvəzini vermək ona vacib deyil. Əgər fitrə verən şəxs fəqir axtarışında səhlənkarlıq etməyibsə ona da bir şey vacib deyil.

Nömrə 1717Fitrə zəkatının hökmləri

Ehtiyacı olduğunu iddia edən şəxs

Məsələ 1717: Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi mə’lum deyil.

Nömrə 1719Fitrə zəkatının müxtəlif məsələləri

Ramazan ayından öncə fitrə zəkatını ödəmək

Məsələ 1719: Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur.