Namazı batil edən şəklər
Məsələ 1037: İki rəkətli və üç rəkətli namazlarda rəkətlərin sayına münasibətdə yaranan şəkk namazı batil edir. Eləcə də, dörd rəkətli namazların birinci və ikinci rəkətində rəkətlərin sayı ilə bağlı şəkk namazı batil edir.
Məsələ 1037: İki rəkətli və üç rəkətli namazlarda rəkətlərin sayına münasibətdə yaranan şəkk namazı batil edir. Eləcə də, dörd rəkətli namazların birinci və ikinci rəkətində rəkətlərin sayı ilə bağlı şəkk namazı batil edir.
Məsələ 1038: Bir şəxs bilərəkdən və ya səhvən namazın rüknlərini artırıb-əskildərsə, məsələn, rüku və səcdələri artırıb-əskildərsə, namaz batil olar. Amma rükn olmayan hissələrin bilmədən artırılıb-əskildilməsi namazı batil etmir. Bu iş bilərəkdən baş versə, məsələn, bir səcdə artırılsa və ya əskildilsə, namaz batil olar.
Məsələ 1039: Əgər namazdan sonra şəkk yaransa ki, namazı batil edən işlərə yol verilib-yoxsa yox, bu şəkkə əhəmiyyət verilmir və namaz düzgündür.
Məsələ 1040: Namaz qılan şəxsin xüzu-xüşusunu (namazda qəlb və bədən təvazösünü) pozan istənilən bir iş məkruhdur (bəyənilmir). Sola-sağa baxmaq, (əlbəttə üz xeyli çevrilsə namaza tə’siri var), saç-saqqalla oynamaq, barmaqları oynatmaq, tüpürmək, üzüyün yazısına baxmaq, həmd-surə və zikr söyləyən vaxt başqasının sözünü eşitmək üçün sakit dayanmaq məkruhdur, bəyənilmir. Eləcə də, yuxulu halda namaz qılmaq, ayaqyoluna getmək zərurəti yaranan vaxt namaz qılmaq, dar paltarda namaz qılmaq bəyənilmir.
Məsələ 1041: Ehtiyata əsasən, vacib namazı bilərəkdən kəsmək olmaz. Amma əhəmiyyətli maddi və ya həyati zərərin qarşısını almaq üçün namazı kəsməyin eybi yoxdur. Məsələn, namaz qılan şəxsin və ya başqa birinin həyatı üçün təhlükə yaranarsa və namazı kəsmədən təhlükəni uzaqlaşdırmaq mümkün olmazsa, namaz kəsilməlidir. Eləcə də, insan qorunmalı olan malını hifz etmək üçün namazı kəsə bilər. Amma əhəmiyyətsiz bir mal üçün namazı kəsmək məkruhdur, bəyənilmir.
Məsələ 1042: Əgər namaza başlayandan sonra borclu öz borcunu tələb edərsə, namaz qıla-qıla, namazın surətini pozmadan borcu qaytarmaq mümkün olarsa, yaxşı olar ki, borcu sahibinə verilsin. Amma namazı kəsmədən bu işi görmək mümkün olmasa, namaz bitənədək səbr etmək lazımdır. Xüsusi bir zərurət olmadıqda (məsələn, borc sahibinin yoldaşları onu incitmədikdə) borcu namaz həddində yubatmağın eybi yoxdur.
Məsələ 1043: Əgər namaz əsnasında mə’lum olsa ki, məscid murdarlanıb və məscidin paklanması namazı kəsmədən mümkünsə, paklamaq lazımdır. Başqa hallarda namazı bitirdikdən sonra məscid paklanır. Vacib ehtiyat budur ki, bu hallarda namaz uzadılmasın.
Məsələ 1044: Namazı saxlamaq vacib olduqda onu davam etdirmək günahdır və namaz üçün eyib sayılır.
Məsələ 1045: Əgər rükudan öncə mə’lum olarsa ki, azan və iqamə yaddan çıxıb, namazın vaxtı dar olmadıqda namazı kəsib, azan və iqaməni demək, yenidən namaza başlamaq lazımdır.
Məsələ 1046: Namazda iyirmi üç qisim şəkk var:1.Səkkiz şəkk namazı batil edir;2. Altı şəkkə əhəmiyyət verilməməlidir.3. Doqquz şəkk düzgün sayılır və bu şəkləri aradan qaldırmaq üçün növbəti məsələlərdə göstərişlər verilir.
Məsələ 1047: Namazı batil edən şəklər:1. Sübh namazı, müsafir namazı kimi iki rəkətli namazların rəkətlərinin sayında şəkk; Amma iki rəkətli müstəhəb namazlarda belə şəklər namazı batil etmir.2. Üç rəkətli namazların rəkətinin sayında şəkk (şam namazı);3. Dörd rəkətli namazlarda bir rəkət, ya çox qılınması ilə bağlı şəkk; məsələn, namaz qılan şəkk etsə ki, bir rəkət qılıb, yoxsa üç rəkət, namazı batildir.4. Dörd rəkətli namazlarda ikinci səcdə tamamlanmamış iki, ya çox rəkətin qılınması ilə bağlı şəkk; məsələn, namaz qılan şəkk etsə ki, iki rəkət qılıb, yoxsa, üç rəkət, namazı batildir.)5. İki, ya beşdən çox rəkətin qılınması ilə bağlı şəkk;6. Üç və ya altı rəkət qılınması ilə bağlı şəkk; (Əlbəttə ki, bu qəbil şəklər nadir hallarda baş verir. Bununla belə, onların hökmü aydın olmalıdır.)7. Dörd rəkət, ya altı rəkət, ya daha çox rəkət qılınması ilə bağlı şəkk; Vacib ehtiyat budur ki, belə məqamlarda dörd, ya beş rəkət qılınması ilə bağlı şəkkin hökmünə əməl olunsun. Yə’ni dörd rəkət qılındığı qəbul edilsin, namaz tamamlansın və namazdan sonra iki səcdeyi-səhv yerinə yetirilsin. Sonradan həmin namazı təzələmək lazımdır.8. Ümumiyyətlə neçə rəkət namaz qıldığını bilməyən adamın rəkətlərin sayı ilə bağlı şəkki.
Məsələ 1048: Əgər insan namaz əsnasında namazı batil edən şəklərdən biri ilə rastlaşarsa, namazı kəsə bilməz. Öncə bir qədər fikirləşməli, şəkk öz gücündə qalsa, namazı kəsməlidir.