Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 9 Təqlid

Risalədə olan terminlər

Məsələ 9: Əgər bir Məsələ ilə bağlı müctəhid qəti fətva verməmişsə, sadəcə ehtiyat əsasında müəyyən şəkildə əməl etməyi söyləyirsə, elə bir ehtiyat vacib ehtiyat adlanır. Təqlidçi ya onun söylədiyinə əməl etməli, ya da başqa eyni rütbəli və yaxud daha ələm bir müctəhidə üz tutmalıdır. Bu müctəhid bir məsələ ilə bağlı qəti fətva vermişsə, məsələn, namazda iqaməni müstəhəb saymışsa, eyni zamanda onu tərk etməməyi ehtiyat bilmişsə, elə bir ehtiyat, müstəhəb ehtiyat adlanır. Təqlidçi bu göstərişə əməl edib-etməməkdə azaddır. Əgər müctəhid bir iş haqqında “təəmmul məhəlli” və ya “işkal məhəlli” sözlərini işlədirsə, təqlidçi ya ehtiyata əməl edər, ya da başqa birinə üz tutar. Amma müctəhid bir məsələ ilə bağlı “zahirdə belədir” və ya “daha qüvvətli nəzər belədir” (“əqva”) tə’birlərini işlədərsə, bu tə’birlər fətva sayılar və təqlidçi ona əməl etməlidir.

Nömrə 10Təqlid

Mərhum müctəhidin təqlidində qalmaq üçün şərtlər

Məsələ 10: Əgər insanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, ona təqlidi davam etdirmək olar. Həmin müctəhid daha elmli olduqda təqlidi davam etdirmək vacibdir. Bir şərtlə ki, bu işdə onun fətvasına əməl etmiş olsun.

Nömrə 11Təqlid

Mərhum müctəhidin fətvasına əməl etmək

Məsələ 11: İnsan təqlidə başlayarkən dünyasını dəyişmiş müctəhidin fətvalarına təqlidə başlaya bilməz. Vacib ehtiyata əsasən o müctəhid ə’ləm olarsa belə, təqlidə bu şəkildə başlamağa icazə verilmir.

Nömrə 13Təqlid

Hökmünü bilmədiyimiz sual

Məsələ 13:Əgər qarşısına çıxan məsələnin hökmünü bilməsə ehtiyata əməl edə bilər. Əməli yerinə yetirmək üçün vaxt varsa, səbr edib müctəhiddən öyrənməlidir. Əgər müctəhiddən öyrənmək imkanı olmasa, daha çox ehtimal olunan yolla getməli, sonradan məsələni öyrənməlidir. Əgər gördüyü iş müctəhidin fətvasına uyğun olarsa, qəbuldur, uyğun olmazsa onu təkrar yerinə yetirməlidir.

Nömrə 14Təqlid

Təqlidsiz əməl

Məsələ 14: Əgər bir şəxs müəyyən bir müddət təqlidsiz hərəkət etmişsə, təqlidə başlayanda araşdırma aparmalıdır. Əgər təqliddən öncəki əməlləri hazırkı müctəhidin fətvalarına uyğundursa qəbuldur, uyğun deyilsə onları təkrar yerinə yetirməlidir. Yetərincə araşdırma aparmadan bir müctəhidə təqlid edilən halda da eyni cür addım atılır.

Nömrə 15Təqlid

Fətvanın nəqlində səhvə yol vermək

Məsələ 15: Əgər bir şəxs bir müctəhidin fətvasını düzgün nəql etməmişsə, xəbər tutduqdan sonra onu düzgün şəkildə söyləməlidir. Əgər səhvə minbərdə və ya hər hansı söhbətdə yol vermişsə, müxtəlif məclislərdə uyğun məsələni düzgün şəkildə təkrarlamalıdır. Belə edərsə, səhv addım atanlar öz səhvini düzəldər. Amma müctəhidin fətvası dəyişdiyi vaxt bu dəyişikliyi e’lan etmək vacib deyil.

Nömrə 16Təqlid

Mərcəyi-təqlidi dəyişmək

Məsələ 16: Təqlidi dəyişmək, yə’ni bir müctəhidin fətvalarını boşlayıb o birinə üz tutmaq vacib ehtiyata əsasən yol verilməzdir. Amma ikinci müctəhid daha elmli olduqda təqlidi dəyişmək mümkündür. Yetərincə araşdırma aparmadan təqlidi dəyişən şəxs yenidən əvvəlki müctəhidə üz tutmalıdır.

Nömrə 17Təqlid

Fətvanı dəyişmək

Məsələ 17: Müctəhidin fətvası dəyişərsə, yeni fətvaya əməl etmək lazımdır. Amma öncəki fətvaya əsasən yerinə yetirilən əməllər (ibadətlər, müamilələr) düzgündür və onları təzələmək lazım deyil. Bir müctəhiddən o birinə təqlidə keçən zaman da ötən əməlləri təzələmək lazım deyil.

Nömrə 18Təqlid

Təqlid metodunda şəkk

Məsələ 18: Əgər insan bir müddət təqlid etmişsə və öz təqlidinin düzgün olub-olmadığını bilmirsə, ötən əməllərinə irad yoxdur. Amma hazırkı və gələcək əməllərində düzgün təqlid etməlidir.

Nömrə 19 Təqlid

Bir neçə müctəhidə təqlid

Məsələ 19: Əgər iki müctəhidin səviyyəsi eyni olarsa, müəyyən Məsələlərdə birinə, müəyyən Məsələlərdə o birinə təqlid etmək olar.Lakin əgər bir məsələdə birinin fitvasına əməl etmiş olarsa həmin məsələdə digərinin fitvasına əməl edə bilməz.

Nömrə 20Təqlid

Müctəhid olmayan şəxsin fitvası

Məsələ 20: Müctəhid olmayan şəxsə fətva vermək, şəriət məsələləri ilə bağlı fikir bildirmək haramdır. İnsan yetərincə mə’lumatı olmadığı halda şəriət məsələləri ilə bağlı münasibət bildirərsə, onun sözləri əsasında hərəkət edən bütün insanların əmələrinə görə məs’uliyyət daşıyır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت