Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 752Ölü heyvanın hissələrindən olmasın

Dəri paltarla namaz

Məsələ 752: Müsəlman bazarından alınmış dəri paltarla namaz qılmaq olar. Hətta həmin heyvanın şər’i qaydada zibh edilib-edilməməsinə şübhə olsa da, bunun eybi yoxdur. Amma dərinin qeyri-İslami məmləkətdən gətirildiyinə yəqinlik olsa, həmin dəri üstündə olan halda namaz qılmaq olmaz. Əgər satıcı lazımınca araşdırma aparmayan biganə bir şəxsdirsə, ondan alınmış dəri mə’mulatla da namaz qılmaq düzgün deyil. Amma bir şəxs öz üzərindəki dərinin İslami, ya qeyri-İslami məmləkətdən gətirildiyini bilməsə, həmin dəri ilə namaz qılmaq olar.

Nömrə 758Əti haram olan heyvandan olmasın

Süni dəridən olan paltar

Məsələ 758: Plastik maddələrdən hazırlanmış sü’ni dərilərlə namaz qılmaq olar. Bir şəxs öz üzərindəki dərinin sü’ni və ya təbii olduğuna şübhə edərsə, həmin dərinin əti haram, ya ölü heyvan dərisi olduğunu bilməzsə, bunun da eybi yoxdur.

Nömrə 761Qızılla toxunmuş olmasın

Kişilər üçün qızılın höküm

Məsələ 761: Kişilərin qızıl üzük taxması, qızıl saat vurması, üzərində qızıl zinət gəzdirməsi haramdır. Bu zinətlərlə qılınan namaz batildir. Vacib ehtiyata əsasən, qızıldan hazırlanmış eynəkdən də çəkinmək lazımdır. Amma bütün bunlar istər namazda, istər namazdan başqa vaxtlarda qadınlara halaldır.