Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 9

Hamiləliyin qarşısını almaq

9. Hamiləliyin qarşısının alınması: hamiləliyin qarşısını almaq üçün zərərsiz və şər’i bütün vasitələr kişidə və qadında sonsuzluq yaratmamaqla caizdir. Belə ki, bu vasitələr kişi və qadını birdəfəlik nəsilvermə qabiliyyətindən məhrum etməməlidir. Amma qeyri-şər’i baxış və toxunmaqla müşayiət olunduqda yalnız fərdi və ictimai zərurət səbəbindən mümkün sayılır.

Nömrə 9Ümumi aktual məsələlər

Hamiləliyin qarşısını almaq

9. Hamiləliyin qarşısının alınması: hamiləliyin qarşısını almaq üçün zərərsiz və şər’i bütün vasitələr kişidə və qadında sonsuzluq yaratmamaqla caizdir. Belə ki, bu vasitələr kişi və qadını birdəfəlik nəsilvermə qabiliyyətindən məhrum etməməlidir. Amma qeyri-şər’i baxış və toxunmaqla müşayiət olunduqda yalnız fərdi və ictimai zərurət səbəbindən mümkün sayılır.

Nömrə 1856İcarənin şərtləri

Hansı hallarda icarə edənin icarə verməyə haqqı var

Məsələ 1856: Ev, mağaza və yaxud bir otaq icarə edib onu başqasına verməyə hüququ olan bir şəxs, (onu) icarə etdiyindən daha çox məbləğə icarə verə bilməz. Əgər orada onun bərabərində bir az artıq (məbləğ) almaq üçün iş görübsə (təmir, ağartı işləri aparmaq və yaxud şkaf, xalça qoymaq) istisnadır.

Nömrə 24Kür su

Hansı hallarda kür suyu nəcis olur

Məsələ 24: Əgər sidik və qan kimi murdarın əsli kürr suya tökülərsə, həmin suyun rəngini, qoxusunu və ya dadını dəyişmədiyi halda, həmin suyu murdarlamaz.

Nömrə 1691Müxtəlif məsələlər

Hansı irəlidir: borcu, zəkatı, xümsü, kəffarəni və yaxud nəziri ödəmək?

Məsələ 1691: Əgər bir nəfərin öhdəsində xüms, zəkat və ya borc varsa və kəffarə, nəzr və s. kimi şeylər ünvanı ilə bə’zi mallar da ona vacib olubsa, bunların hamısını ödəyə bilmirsə və əgər zəkat, xüms vacib olan eyni malın özü aradan getməyibsə, xüms və zəkatın (ödəməsini) önə salmalıdır. Əgər aradan gedibsə, vacib ehtiyata əsasən, camaatın haqqını önə salmalıdır. Əgər belə bir şəxs dünyadan köçsə və onun malı bütün bunlar üçün kifayat etməsə, qeyd edilən qaydada əməl etməlidirlər.

Nömrə 1919Vəkalət

Haram işlərdə vəkalət

Məsələ 1919: Haram və eləcədə, əqli və yaxud şər’i baxımdan vəkilin icra edə bilmədiyi işlərdə vəkalət batildir. Məsələn, ehram halında olan şəxsin izdivac nikahının siğəsini oxumaq ixtiyarı olmadığı üçün, başqası tərəfindən siğə oxumağa vəkil ola bilməz.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت