Üçüncü və dörcüncü rükətlərdə
Məsələ 919: Namazın üçüncü və dördüncü rəkətlərində Həmdi və ya təsbihati ərbəəni astadan demək vacibdir. Vacib ehtiyata əsasən, “Bismillah” da astadan deyilməlidir.
Məsələ 919: Namazın üçüncü və dördüncü rəkətlərində Həmdi və ya təsbihati ərbəəni astadan demək vacibdir. Vacib ehtiyata əsasən, “Bismillah” da astadan deyilməlidir.
Məsələ 920: Bir şəxs namazın birinci və ya ikinci rəkətində onu üçüncü və ya dördüncü rəkət sayaraq Həmd-surə əvəzinə təsbihat desə, rükudan öncə başa düşsə Həmd-surə oxumalıdır. Əgər rüku vaxtı və ya rükudan sonra anlasa, namazı düzgündür, müstəhəb ehtiyata əsasən, iki səcdəyi-səhv yerinə yetirməlidir.
Məsələ 921: Əgər üçüncü və ya dördüncü rəkətdə Həmd oxumaq istədikdə dilinə təsbihat gəlsə, ya da təsbihat oxumaq istədiyi vaxt dilinə Həmd gəlsə, bəs etməz, yenidən nəzərdə tutduğunu oxumalıdır. Amma hər ikisini niyyətində tutmuşsa, hansı birini oxusa bəs edər.
Məsələ 922: Təsbihatdan sonra “Əstəğfirullahə rəbbi və ətubu iləyh” söyləmək müstəhəbdir. “Əstəğfirullah” əvəzinə “Allahumməğfirli” söyləyə bilər.
Məsələ 923: Əgər rükuda və ya rükudan sonra şəkk etsə ki, təsbihatı deyib, yoxsa yox, bu şəkkə əhəmiyyət verməsin. Amma əgər rüku həddinədək əyilməyibsə, vacib ehtiyat budur ki, qayıdıb təsbihatı söyləsin.
Məsələ 924: Əgər namazda bir ayə və ya zikrdə şəkk etsə, onu düzgün deyənədək təkrarlamalıdır. Amma vəsvəsə həddinə çatarsa əhəmiyyət verməsin. Vəsvəsə həddinə çatmış şəkkə əhəmiyyət versə namazına irad var, vacib ehtiyata əsasən, yenidən qılmalıdır.
Məsələ 925: Müstəhəbdir ki, namazın birinci rəkətində Həmdi oxumağa başlamazdan öncə “Əuzu billahi minəş-şeytanir rəcim” söyləsin. Müstəhəbdir ki, imam-camaat “Bismillahir-rəhmanir-rəhim” cümləsini günorta və ikindi namazlarının birinci və ikinci rəkətində ucadan desin. Müstəhəbdir ki, namazda Həmd və surə, zikirlər dəqiq deyilsin, ayələr bir-birinə birləşdirilməsin və onların mə’nasına diqqət yetirilsin. Namaz cəmiyyətlə qılınırsa imam Həmdi başa vurduqdan sonra savab ümidi ilə “Əlhəmdu-lillahi rəbbil-aləmin” deyilir. İxlas surəsi oxunduqdan sonra bir, iki və ya üç dəfə “Kəzalikəllahə rəbbi” və ya “Kəzalikəllahə rəbbuna” söyləmək müstəhəbdir.
Məsələ 926: Yaxşı olar ki, namazların birinci rəkətində Həmddən sonra “Qədr” surəsi, ikinci rəkətində Həmddən sonra “İxlas” surəsi oxunsun. Yaxşı olar ki, Həmddən sonra heç bir surə hər iki rəkətdə təkrarlanmasın. Yalnız “İxlas” surəsi təkrarlana bilər. Ixlas surəsini gündəlik namazlarda tərk etmək yaxşı deyil. Yaxşı olar ki, namaz cüçün insanların diqqətini ehtiyac duyduqları problemlərə yönəldən, onları günahdan çəkindirən surələr seçilsin.
Məsələ 986: Bütün namazların ikinci rəkətində təşəhhüd vacibdir. Eləcə də şam və xiftən, günorta və ikindi namazlarının sonunda təşəhhüd deyilməlidir. Təşəhhüd belə yerinə yetirilir: İkinci səcdədən sonra oturmaq və bədən aram halda ikən təşəhhüdün zikrini demək lazımdır:اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد“Əşhədu ənla ilahə illəllah vəhdəhula şərikələh və əşhədu ənnə Muhəmməddən əbduhu və rəsuluh Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”. Təşəhhüdün zikri aydın ərəbcə, ardıcıl və fasiləsiz deyilməlidir.
Məsələ 987: Əgər təşəhhüdü unutsa, sonrakı rəkətin rükusundan öncə yadına düşsə, oturub təşəhhüdü deməlidir. Sonra yenidən qalxır və yenidən təsbihat söyləyir. Amma sonrakı rəkətin rükusunda və ya rükudan sonra yadına düşsə, namazı düzgündür, təkrara ehtiyac yoxdur. Amma ehtiyat müstəhəb budur ki, namazdan sonra təşəhhüdün qəzasını və iki səcdəye-səhv yerinə yetirsin.
Məsələ 988: Əgər şəkk etsə ki, təşəhhüdü deyib, yoxsa yox, o biri rəkətə başlasa, əhəmiyyət verməsin. Amma nə qədər ki, qalxmayıb onu deməlidir.
Məsələ 989: Müstəhəbdir ki, təşəhhüd halında sol budu üzərində əyləşsin və sağ ayağının üzünü sol ayağının alt hissəsinin üzərinə qoysun. Təşəhhüddən öncə “Əlhəmdulillahi” və ya “Bismillahi və billahi vəl həmdulillahi və xəyrul-əsmai lillahi” söyləməsi müstəhəbdir. Müstəhəbdir ki, təşəhhüd halında əllərini budlarının üzərinə qoysun, barmaqlarını birləşdirsin və ətəyinə baxsın. Təşəhhüd başa çatdıqdan sonra desin: “Vətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh” (“Pərvərdigara, Peyğəmbərin şəfaətini qəbul et, onun dərəcəsini ucalt.”)