Səcdə edilən tərəf
Məsələ 985: Qur’an ayəsinə görə səcdədə üzü qibləyə olmaq şərt deyil və istənilən bir tərəfə səcdə etmək olar. Amma yaxşı olar ki, səcdə üzü qibləyə yerinə yetirilsin.
Məsələ 985: Qur’an ayəsinə görə səcdədə üzü qibləyə olmaq şərt deyil və istənilən bir tərəfə səcdə etmək olar. Amma yaxşı olar ki, səcdə üzü qibləyə yerinə yetirilsin.
Məsələ 824: Məscid murdarlandıqda onu təmizləmək hər bir şəxsə kifayi vacibdir. Yə’ni bir nəfər bu işi görərsə, o birilərin öhdəsindən götürülər. Əks təqdirdə hamı günahkardır. Məscidi murdarlayan şəxs bu hökmdə başqalarından fərqlənmir.
Məsələ 825: Məsələn, bir şəxs müsafir olduğundan məscidi təmizləyə bilməsə və ya köməyə ehtiyac olduğu halda köməyi olmasa, vacib ehtiyat budur ki, məscidi paklaya biləcək şəxslərə bu barədə mə’lumat versin.
Məsələ 826: Əgər məscidin elə bir yeri murdarlanarsa ki, oranı qazmadan və ya uçurmadan təmizləmək mümkün olmasın, bu iş görülməlidir. Vacib ehtiyata əsasən, qazılmış yeri doldurmaq, uçurulmuş yeri düzəltmək lazımdır. Yaxşı olar ki, uçurulmuş yeri məscidi murdarlayan şəxs tə’mir etsin. Bu işin xərci olarsa, vacib ehtiyata əsasən, həmin şəxs zamindir.
Məsələ 831: Əgər rövzə oxunması, əzadarlıq keçirilməsi,məzhəbi bayram mərasimlərinin qurulması üçün məsciddə çadır qurub qara çəksələr, oraya çay və yemək ləvazimatı aparsalar, bu iş məscidə zərər vurmasa və namaza mane olmasa, eybi yoxdur.
Məsələ 832: Məscidi qızılla bəzəməyin eybi var. Ehtiyat vacib budur ki, insan və heyvan kimi ruhu olan şeylərin əksi məscidə vurulmasın.
Məsələ 833: Əgər məscid dağılsa, onun torpağını satmaq, mülk və yol üçün istifadə etmək olmaz. Məscidin hətta qapı-pəncərələrini satmaq haramdır. Məscid uçulduqda onun müxtəlif ləvazimatlarını özünə sərf etmək lazımdır. Əgər həmin məsciddə ehtiyac duyulmasa, uyğun şeyləri başqa məscidə sərf etmək olar. Əgər başqa məscidlərin də karına gəlməsə, onları satıb pulunu həmin məscidin, ya da başqa məscidin tə’mirinə xərcləmək olar.
Məsələ 834: Məscid tikmək müstəhəbdir. Müsəlmanların daha çox istifadə edə biləcəyi münasib yerdə məscid tikmək daha yaxşıdır. Məscidi tə’mir etmək də müstəhəbdir. Bu iş ən yaxşı işlərdən sayılır. Əgər məscid çox dağılsa və onu tə’mir etmək mümkün olmasa, onu söküb yerinə yeni məscid tikmək olar.
Məsələ 835: Uçulmamış məscidi genişləndirmək lazım gələrsə onu söküb daha yaxşı və daha böyüyünü tikmək olar.
Məsələ 836: Məscidi təmizləmək, işıqlandırmaq, məsciddə zəruri işləri görmək müstəhəbdir. Eləcə də məscidə getmək istəyən şəxsin ətirlənməsi, pak libaslar geyməsi, ayaqqabısının altını təmiz olsun deyə nəzərdən keçirməsi müstəhəbdir. Məscidə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq, məscidə tez gəlib, məsciddən gec çıxmaq daha yaxşıdır.
Məsələ 837: Məscidə daxil olarkən ehtiram niyyəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Başqa vacib və ya müstəhəb namaz qılınsa da bəs edər.
Məsələ 838: Məsciddə yatmaq, dünya işləri barədə danışmaq, nəsihətamiz olmayan şe’rlər oxumaq məkruhdur, bəyənilmir. Eləcə də məscidi ağız, burun və sinə suyu ilə bulamaq, səsi qaldırmaq, hay-küy salmaq, məscidin hörmətinə yaraşmayan işlər görmək məkruhdur.