Kafirin bədən üzvləri
Məsələ 116: Yuxarıda kafirin murdar olduğu bildirildi. Bu murdarlıq onun bədəninə, hətta tükünə və dırnağına da aiddir.
Məsələ 116: Yuxarıda kafirin murdar olduğu bildirildi. Bu murdarlıq onun bədəninə, hətta tükünə və dırnağına da aiddir.
Məsələ 117: İslam cəmiyyətində yaşayan bir şəxsin e’tiqadından xəbərsiziksə o pak sayılır. Onun əqidəsini araşdırmaq lazım deyil. Qeyri-İslami cəmiyyətlərdə isə bir şəxsin müsəlman və ya kafir olduğu mə’lum deyilsə, həmin şəxs pakdır.
Məsələ 118: Kafirlərin övladları da valideynləri ilə eyni hökmdədir. Müsəlmanların övladları, hətta təkcə atası və ya anası müsəlman olan körpə də pakdır.
Məsələ 119: Əgər bir şəxs Allahın, Peyğəmbərin (s), mə’sum imamların və ya xanım Fatimənin (ə) ünvanına təhqiramiz söz deyərsə və ya onlarla düşmənçilik edərsə, kafirdir.
Məsələ 121: (Vəhdəti-vücud) əqidəsində olanlar, yə’ni bütün varlıq aləmini Allahın vücudu və bütün mövcudları eynən Allah sayanlar, Allahın insan və digər mövcudlarda hüluluna (görünməsinə) inananlar, Allahı cisim sayanlardan vacib ehtiyata əsasən, çəkinmək lazımdır.
Məsələ 122: Mə’sum imamlarla düşmənçilik etməyən, onlara münasibətdə ifrata varmayan, xəvaric əqidəsindən savayı bütün İslam firqələri pakdır.
Məsələ 123: Şərab və insanı məst edən istənilən bir maye vacib ehtiyata əsasən, murdardır. Amma əsli maye olmayan tiryək, həşiş kimi məstedici narkotik maddələr pakdır. Onlar su qatılmaqla maye halına salınsa belə murdar sayılmaz. Amma bu kimi maddələrdən istifadə etmək haramdır.

Məsələ 124: Məstedici mayedən alınması bilinməyən tibbi və texniki spirt pakdır. Tibbi və texniki spirtlə hazırlanmış adikolonlar, ətirlər və dərmanlar da pak sayılır.
Məsələ 125: İçilməsi mümkün olmayan, zəhərli spirtlər murdar deyil. Amma onu durulaşdırsalar, şərab və məstedici maye halına salsalar içilməsi haramdır və vacib ehtiyata əsasən murdar sayılır.
Məsələ 126: Əgər üzüm suyu öz-özünə qaynasa (qaynama adətən şərab hazırlanması üçün müqəddimədir) murdar olur və onu içmək haramdır. Amma od və bu kimi başqa vasitə ilə qaynadılsa murdar sayılmaz, amma onu içmək haramdır. Xurma, mövüz, kişmiş suyu da vacib ehtiyata əsasən belədir.