Qurumazdan öncə xurma və üzümü satmaq
Məsələ 1600: Əgər xurma və üzümü qurumazdan qabaq istifadə edib və yaxud satsalar, onların zəkatı, quru vaxtlarında nisab həddinə çatdığı halda, vacib olur.
Məsələ 1600: Əgər xurma və üzümü qurumazdan qabaq istifadə edib və yaxud satsalar, onların zəkatı, quru vaxtlarında nisab həddinə çatdığı halda, vacib olur.
Məsələ 1601: Zəkatı verilmiş taxıllar bir neçə il də onun yanında qalsa, zəkatı yoxdur.
Məsələ 1602: Yağış suyu, yeraltı suvarma kanalı, çay, bənd və ya yerin rütubəti ilə suvarılan buğda, arpa, xurma və üzümün zəkatının miqdarı onda biri qədərdir. Əgər, dərin, yarı dərin və ya dayaz quyuların suyu, nasos, əl və yaxud heyvanın quyu və çaydan su çəkməsi ilə suvarılarsa, zəkatı iyirmidə biri qədərdir.
Məsələ 1603: Əgər bir əkin sahəsi yağış və yaxud quyu suyu ilə suvarılsa və onlardan birinin çox az təsiri olduğu üçün hesaba alınmasa, zəkat ən çox suvarılan vasitəyə əsasən verilməlidir. Lakin, əgər hər ikisi ilə diqqət yetiriləcək qədər suvarılıbsa, məsələn, yarısı və ya üçdə biri yağış suyu və qalanı quyu suyu ilə suvarılıbsa, onun zəkatının bir hissəsi onda biri və digər hissəsini iyirmidə biri hesabı ilə verməlidir.
Məsələ 1604: Əgər suvarmanın yağış və yaxud quyu suyu və bu kimi vasitələrlə olmasını bilməsə, yalnız iyirmidə biri ona vacibdir.
Məsələ 1605: Əgər tarla yağış və yaxud çay suyu ilə suvarılıb quyu suyuna ehtiyac olmasa və bununla belə yenə də quyu suyu ilə suvarılsa və bu işin məhsulda heç bir təsiri olmasa, zəkatı onda biri qədərdir. Yaxud əksinə, quyu suyu ilə suvarılsa və yağış ona yağsa və məhsulunda heç bir təsir qoymasa, zəkatı iyirmidə biri qədərdir.
Məsələ 1606: Əgər bir tarlanı quyu suyu ilə suvarsalar və onunla yanaşı olan tarla onun rütubətindən istifadə edib, yenidən suvarılmasına ehtiyacı olmasa, quyu suyu ilə suvarılan tarlanın zəkatı iyirmidə bir və onunla yanaşı olan tarlanın zəkatı onda biri qədərdir.
Məsələ 1607: Əkin üçün xərclədiklərini və həmçinin toxumun qiymətini məhsuldan azalda və yerdə qalandan zəkatı verə bilər. Baxmayaraq ki, müstəhəb ehtiyat budur ki, azaltmasın.
Məsələ 1608: Hər vaxt üzüm və yaxud xurma ağacı alsa onun qiyməti şübhəsiz xərclərindən sayılmır. Əgər üzüm və xurmanı yetişməzdən qabaq alsa, vacib ehtiyata əsasən, onun da pulunu məhsuldan azaltmamalıdır. Həmçinin, torpaq almaq üçün verdiyi pul da xərclərdən sayılmır.
Məsələ 1609: Əgər insan fəsilləri bir-biri ilə fərqlənən, yəni əkinçilik məhsulları və meyvəsi bir vaxtda yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, yaxud üzümü olsa, onların hamısı bir ilin məhsulu hesab olunur. Bu halda birinci yetişən şey nisab həddinə çatdığı halda, zəkatı verilməlidir. Qalanlarının zəkatını isə onların yetişdikləri vaxt verməlidir. Əgər əvvəldə yetişən nisab həddinə çatmasa, səbr etməli, digər məhsullarda yetişməli və bu məhsullar üst-üstə nisab həddinə çatarsa, onun zəkatı vacibdir.
Məsələ 1610: Əgər xurma və üzüm ağacları bir ildə iki dəfə meyvə versə və üst-üstə yığıldıqda nisab həddinə çatsa, vacib ehtiyata əsasən, zəkatı vacibdir.
Məsələ 1611: Əgər xurma və üzümün zəkatı ona vacib olsa zəkatı təzə xurma və üzümdən verə bilməz (Lakin, təzə xurma və üzümü müstəhəqqə sata və onun borcunu zəkatdan hesablaya bilər). Əgər xurma və üzümü qurumamışdan qabaq satmaq istəsə, onun zəkatını özündən verə bilər.