Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 686Namaz vaxtlarının hökmləri

Namazı qılandan sonra vaxtın girməsində şəkk

Məsələ 686: Namazdan sonra şəkk etsə ki, namazı vaxtında qılmışdır, yoxsa yox, namazı düzgündür. Bir şərtlə ki, namaza başlamazdan öncə vaxtdan xəbərsiz olmasın. Namazın ortasında vaxtın çatmadığına şübhə etsə namazı batildir və vaxt çatdıqdan sonra onu təzələməlidir.

Nömrə 688Namaz vaxtlarının hökmləri

Bir rükət qılmaq üçün vaxtı qalan insan

Məsələ 688: Əgər bir şəxsin bir rəkətlik vaxtı qalmışsa, bütün namazı əda, yə’ni “vaxtında” niyyəti ilə qılmalıdır. Amma namazı belə bir vaxtadək tə’xirə salmaq haramdır. Əgər qürubadək beş rəkət namaz həddində vaxt qalmışsa, günorta və ikindi namazlarını əda, yəni “vaxtında” niyyəti ilə qılsın. O biri namazlar da bu qayda ilə qılınır.

Nömrə 690Namaz vaxtlarının hökmləri

Namazla əlaqədar üzrü olan şəxslərin vəzifəsi

Məsələ 690: Üzrü olan şəxs əmindirsə ki, son vaxtadək üzrü aradan qalxacaq, səbr etməsi vacibdir. Əgər əmin olsa ki, üzrü qalacaq, səbr etməsi vacib deyil. Amma ehtimal etsə ki, üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, səbr etməlidir.Yalnız təyəmmüm vəzifəsi olduqda namazını ilk vaxtda qıla bilər.

Nömrə 693Namaz vaxtlarının hökmləri

Məscidi təmizləmək və borcu ödəməyin namazdan irəli olması

Məsələ 693: Bir şəxs məscidin murdarlanmış olmasını görərsə, yaxşı olar ki, əvvəlcə məscidi təmizləsin, sonra namazını qılsın. Əgər borc sahibi borcunu tələb etsə, yaxşı olar ki, əvvəlcə onun borcu verilsin. Namaz və onun müqəddimələri çox vaxt tələb edərsə, əvvəlcə məscidi təmizləmək, eyni zamanda borc sahibinin borcunu ödəmək, sonra namazı qılmaq lazımdır. Bu göstərişə əməl etməsə, günaha yol vermişdir, amma namazı düzgündür. Vaxt dar olduqda öncə namaz qılınmalıdır.

Nömrə 695Namaz vaxtlarının hökmləri

Vacib namazların fəzilət vaxtları

Məsələ 695: Günorta namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin onun öz uzunluğuna çatdığı vaxta qədərdir. İkindi namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin öz uzunluğuna çatdığı vaxtdan kölgənin iki çubuq bərabərinə çatdığı vaxta qədərdir. Şam namazının fəzilətli vaxtı qürubdan üfüq qızartısının gözdən itdiyi vaxta qədərdir. İşa namazının fəzilətli vaxtı həmin qızartı gözdən itəndən gecənin üçdə birinədəkdir. Sübh namazının fəzilətli vaxtı birinci fəcr tülusundan hava işıqlananadəkdir.

Nömrə 672Zöhr və əsr namazları

Zöhr və əsr namazlrının vaxtı

Məsələ 672: Günorta və ikindi namazlarının vaxtı günortadan günəşin qürub vaxtınadəkdir. Bu vaxt günəşin səmanın tən ortasından qüruba doğru hərəkəti ilə başlayır. Günorta namazının vaxtının müəyyənləşdirmək üçün ən yaxşı üsul hamar yerdə düz bir çubuq basdırmaqdır. Səhər günəş doğanda bu çubuğun kölgəsi qüruba doğru uzanır. Günəş qalxdıqca kölgə də kiçilir. Kölgənin ən qısa vaxtı günorta sayılır. Sonra çubuğun kölgəsi gündoğana doğru uzanmağa başlayır. Amma Məkkə kimi bə’zi şəhərlərdə arabir günortalar kölgə tamamilə itir. Günəş hər tərəfə eyni dərəcədə şüalanır. Belə məntəqələrdə kölgə itib yenidən görünən zaman günorta və ikindi namazlarının vaxtı başlayır. Diqqətli olmaq lazımdır ki, günorta saatla başlamır. Bə’zilərinin saat on ikini günorta sayması düzgün deyil.

Nömrə 673Zöhr və əsr namazları

Xüsusi və müştərək vaxtlar

Məsələ 673: Günorta və ikindi namazlarının xüsusi və müştərək vaxtı var. Günorta namazının xüsusi vaxtı günortadan başlayır və dörd rəkət namaz vaxtınadək davam edir. İkindi namazının xüsusi vaxtı qüruba ikindi namazı həddində vaxt qalanadəkdir. Günorta namazı həmin vaxtadək qılınmasa qəzaya getmişdir və ikindi namazı qılınmalıdır. Göstərilən iki vaxt arasındakı vaxt günorta və ikindi namazlarının müştərək vaxtıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت