Haramdan cunub olanın təri nə deməkdir
Məsələ 134: Haram yolla cənabət təri dedikdə yaxınlıq zamanı, yaxınlıqdan sonra qüsl verənədək görünən tər nəzərdə tutulur.
Məsələ 134: Haram yolla cənabət təri dedikdə yaxınlıq zamanı, yaxınlıqdan sonra qüsl verənədək görünən tər nəzərdə tutulur.
Məsələ 135: Haram yolla cünub olmuş şəxs su olmadığından, vaxtın azlığından və ya başqa bir səbəblə təyəmmüm edərsə, bədəninin təri pak olar, belə bir vəziyyətdə namaz qıla bilər.
Məsələ 94: Atıcı qanı olan heyvanın ölüsü murdardır. Heyvan ölüsü dedikdə özü ölmüş heyvan nəzərdə tutulur. Amma şəriət qaydasınca yox, başqa bir qaydada kəsilmiş heyvan pakdır. Ondan çəkinmək müstəhəb ehtiyatdır. Beləcə, qeyri-İslami ölkələrdən gətirilən heyvan əti və dəri pak sayılır. Amma bu ətlərdən yemək haramdır. İnsan həmin heyvanların şəriət qaydasınca kəsildiyinə əmin olsa və ya həmin əti gətirən şəxs onun şər’i qaydada kəsildiyini bildirsə, ondan yemək olar.
Məsələ 95: Ölü heyvanın yun, tük və dırnaq kimi ruhsuz hissələri pakdır. Amma zədələndikdə ağrı verən sümük, diş (bir hissəsi), buynuz kimi ruhu olan hissələr işkallıdır.
Məsələ 96: Diri insan və heyvanın ruhu olan bədən hissəsi bədəndən ayrılarsa, murdardır. Bədəndən ayrılan azca ət də murdar sayılır.
Məsələ 97: İnsanın dodağından, başından, bədəninin başqa yerlərindən qopan dərilər pakdır. Amma güclə qoparılmış dəridən vacib ehtiyata əsasən çəkinmək lazımdır.
Məsələ 98: Ölmüş toyuğun yumurtalığından çıxan yumurta pakdır. Bir şərtlə ki, onun qabığı bərkimiş olsun. Amma həmin yumurtanı suya çəkmək lazımdır.
Məsələ 99: Əgər quzu və çəpiş ot yemək həddinə çatanadək ölsə, onun qursağındakı pendir mayası pakdır. Amma həmin mayanı vacib ehtiyata əsasən suya çəkmək lazımdır.
Məsələ 100: Müsəlman bazarında satılan və ya müsəlmanın hədiyyə etdiyi ətlər pak və halaldır. Bu ətlərə münasibətdə araşdırma aparmaq lazım deyil. Amma mə’lum olsa ki, həmin müsəlman bu əti kafirdən alıb və lazımınca diqqət göstərməyib, ondan yemək haramdır. Qeyri-İslami ölkələrdən gətirilən dərilər pakdır, amma onlarla namaz qılmaq olmaz.
Məsələ 101: Qeyri-İslami ölkələrdən gətirilən yağ, pendir, dərmanlar, sabunlar, kremlər, parçalar, ətirlər və bu kimi başqa şeylər pakdır. Yalnız əminlik varsa, onları pak saymamaq olar.
Məsələ 102: İnsanın və atıcı qanı olan hər bir heyvanın qanı murdardır. Amma balığ və ilan kimi atıcı qanı olmayan heyvanların, eləcə də ağcaqanadın qanı pakdır.
Məsələ 103: Əti halal olan heyvanın başını şəriət qaydasınca kəssələr və onun qanı adi həddə axıb getsə, bədəndə qalan qan pakdır. Amma əgər başını kəsən zaman heyvanın başını bədənindən hündür yerə qoyduqları üçün və ya heyvanın nəfəs çəkməsi səbəbindən qan geri qayıtsa, vacib ehtiyata əsasən həmin qandan çəkinmək lazımdır.