Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1477Qazanc və işdən gələn mənfəət

Hədiyyə və bəxşinin xümsü

Məsələ 1477: Əgər bir şəxs ona bir şey bağışlasa və illik xərcindən artıq qalsa vacib ehtiyata görə, onun xümsünü ödəməlidir. Habelə, uzaq qohumundan ona irs çatsa və onun belə bir qohumun olmasından xəbəri olmayıbsa və ona belə bir yerdən irs çatacağına güman etməyibsə, vacib ehtiyata görə, onun xümsünü ödəməlidir.

Nömrə 2088 Baxmağın hökmləri

Həkim və köməkçisinin xəstənin övrətinə baxması və toxunması

Məsələ 2088: Əgər həkim və yaxud tibb bacısı çarəsizlikdən xəstənin cinsi orqanına əl vurmalı olsa, əlinə əlcək və s. geyinməlidir. Həmçinin kişi həkim və tibb köməkçisi çarəsizlikdən qadının və yaxud qadın həkim və tibb bacısı kişinin bədəninə əl vurmalı olsa, (əlinə əlcək və s. geyinməlidir). Lakin, çarəsizlikdən və zəruri halda eybi yoxdur.

Nömrə 2088

Həkim və köməkçisinin xəstənin övrətinə baxması və toxunması

Məsələ 2088: Əgər həkim və yaxud tibb bacısı çarəsizlikdən xəstənin cinsi orqanına əl vurmalı olsa, əlinə əlcək və s. geyinməlidir. Həmçinin kişi həkim və tibb köməkçisi çarəsizlikdən qadının və yaxud qadın həkim və tibb bacısı kişinin bədəninə əl vurmalı olsa, (əlinə əlcək və s. geyinməlidir). Lakin, çarəsizlikdən və zəruri halda eybi yoxdur.

Nömrə 1877İcarəyə aid müxtəlif məsələlər

Həkimin zəmanətdən bəraəti

Məsələ 1877: Etdiyi səhv və xətalar qarşısında zamin olmaq istəməyən həkim və ya cərrah xəstəyə və yaxud onun qəyyumuna- əgər hansısa diqqətsizlik üzündən xəstəyə bir zərər yetişsə zamin deyil, desə, onlar qəbul etdikləri halda lazımi diqqət və ehtiyat etməsi ilə yanaşı xəstəyə zərər yetişsə və yaxud ölsə, həkim və yaxud cərrah zamin deyil.

Nömrə 2085

Həmcinsin bədəninə şəhvətlə baxmaq

Məsələ 2085: Kişi ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxa bilməz və qadının da ləzzət qəsdi ilə başqa qadının bədəninə baxması haramdır.

Nömrə 1051Yeri keçəndən sonra şəkk

Həmd və surənin ayələrində şəkk

Məsələ 1051: Əgər Həmd və ya surədə şəkk yaransa, məsələn, ikinci ayəni deyərkən birinci ayəni deyib-demədiyinə şəkk etsə, (ya da ayənin bir sözünü deyən vaxt ondan əvvəlki sözünü deyib-demədiyinə şəkk etsə) vacib ehtiyata əsasən, geri qayıdıb onu Allaha yaxınlıq məqsədi ilə deməlidir və ardını davam etdirməlidir.

Nömrə 1009Amin demək

Həmd-dən sonra amin deyənlər

Məsələ 1009: Əgər “Həmd” oxuduqdan sonra “amin” söyləyərsə, vacib ehtiyat budur ki, namazını başa çatdırdıqdan sonra yenidən qılsın. Amma bu sözü səhvən və ya təqiyyə üçün deyərsə, eybi yoxdur.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت