Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 940Ruku

Rukudan sonra qalxmağın vacibliyi

Məsələ 940: Rüku başa çatdıqdan sonra düz vəziyyətdə dayanmaq vacibdir. Bədən aramlaşdıqdan sonra səcdə yerinə yetirilir. Rükudan sonra qiyam halı tərk olunsa, namaz batildir. Amma səhvən olsa eybi yoxdur.

Nömrə 941Ruku

Rukunu unutmaq

Məsələ 941: Rüku yaddan çıxarsa, birinci səcdədən əvvəl, ya iki səcdə arasında, ya da alnı ikinci səcdəyə qoymamışdan öncə yada düşərsə, ayağa qalxmalı, sonra rükuya getməlidir.

Nömrə 942Ruku

Rukudan əvvəlki və sonrakı müstəhəblər

Məsələ 942: Müstəhəbdir ki, rükuya getməzdən öncə ayaq üstü vəziyyətdə “Allahu əkbər” söylənilsin. Rükuda dizlər arxaya verilsin və bel düz saxlanılsın. Boynu çəkib bel bərabərində saxlamaq müstəhəbdir. Həmin vaxt iki qədəm arasına baxmaq, rükudan qalxıb düz dayanan zaman bədən aram vəziyyətdə “Səmiəllahu limən həmidəh” söyləmək müstəhəbdir.

Nömrə 944Səcdələr

İki səcdə rükn sayılır

Məsələ 944: Vacib və müstəhəb namazların hər rəkətində iki səcdə yerinə yetirilməlidir. Səcdələr rükudan sonra yerinə yetirilir. Namaz qılan şəxs bilərəkdən və ya unutduğu üçün hər iki səcdəni ötürərsə və ya iki səcdə əvəzinə dörd səcdə qılarsa, namazı batildir. Amma səhvən olduqda, artıq və ya əskik bir səcdə namazı batil etmir.

Nömrə 945Səcdələr

Səcdə edilən yeddi üzv

Məsələ 945: Səcdədə bədənin yeddi hissəsi yerə toxunmalıdır: Alın, əllərin içi, dizlər, ayaqların böyük barmaqlarının başı. Əgər bilərəkdən bu hissələrdən biri yerə toxunmasa, səcdə batildir. Əgər bilərəkdən alın səcdəyə qoyulmazsa yenə də səcdə batildir. Amma əgər alın səcdədə olduqda o biri üzvlərdən bə’zisi bilmədən yerdən qalxarsa səcdə düzgündür.

Nömrə 947Səcdələr

Bədənin hərəkətsizliyi

Məsələ 947: Səcdə zamanı bədən səcdənin zikri deyilən həddə aram qalmalıdır. Hətta müstəhəb zikr zamanı da bu zikr səcdə üçün göstəriş verilmiş zikr məqsədi ilə deyilirsə, bədənin aram qalması lazımdır. Amma sırf zikr məqsədi ilə namazın istənilən bir yerində bədənin tərpənməsinin eybi yoxdur.

Nömrə 946Səcdələr

Ruku və səcdənin sözləri

Məsələ 948: Bədən aramlaşmamış səcdənin zikrinə başlanılsa namaz batildir. Zikrin bir hissəsi bədən səcdədən qalxan zaman deyilərsə, səhvən olduqda eybi yoxdur. Başı səcdədən qaldırmamış bunu hiss edən şəxs zikri yenidən deməlidir.

Nömrə 948Səcdələr

Bədən sakitləşməmiş sözləri demək

Məsələ 948: Bədən aramlaşmamış səcdənin zikrinə başlanılsa namaz batildir. Zikrin bir hissəsi bədən səcdədən qalxan zaman deyilərsə, səhvən olduqda eybi yoxdur. Başı səcdədən qaldırmamış bunu hiss edən şəxs zikri yenidən deməlidir.

Nömrə 949 Səcdə edilən yeddi üzvü dəyişməkSəcdələr

Səcdə edilən yeddi üzvü dəyişmək

Məsələ 949: Zikrə məşğul olmadığı vaxt alın istisna olmaqla o biri üzvləri yerdən qaldırmaq, yerini dəyişmək olar. Amma zikr zamanı buna icazə verilmir.

Nömrə 951Səcdələr

Səcdədə alının əhəmiyyəti

Məsələ 951: Vacib ehtiyata əsasən, namaz qılanın alnı dizlərini qoyduğu yerdən dörd bükülü barmaqdan artıq aşağı və ya yuxarı olmamalıdır. Alının da qoyulduğu yer dizlərin qoyulduğu yerdən dörd bağlı barmaqdan artıq yuxarı və ya aşağı olmamalıdır. Eləcə də, alının qoyulduğu yer ayaq barmaqların qoyulduğu yerdən bir o qədər fərqlənməməlidir. Bu halda yerin mailli olmasının fərqi yoxdur.

Nömrə 952Səcdələr

Alının səhvən hündür yerə qoymaq

Məsələ 952: Əgər bilmədən alın elə bir yerə qoyularsa ki, dizlərin və ya ayaq barmaqların səviyyəsindən dörd bağlı barmaqdan çox fərqlənsin, bu fərq səbəbindən namaz qılanın səcdədə olmadığı söylənilərsə, başını qaldırmalı və dörd bağlı barmaqdan az fərqli yerə qoymalıdır. Amma əgər bu hal səcdə sayılsa alınıni həmin yerdən fərqi az olan yerə çəkmək vacibdir. Alnı çəkmək mümkün olmadıqda ehtiyat vacib budur ki, namazı bitirib yenidən qılsın.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت