Namaz vaxtı dar olan hallarda
Məsələ 632: Vaxt dar olduqda dəstəmaz və ya qüsl verməklə namazın bir hissəsinin vaxtı ötəcəksə, təyəmmüm edilməlidir.
Məsələ 632: Vaxt dar olduqda dəstəmaz və ya qüsl verməklə namazın bir hissəsinin vaxtı ötəcəksə, təyəmmüm edilməlidir.
Məsələ 633: Əgər bir şəxs bilərəkdən namazı o qədər yubatsa ki, dəstəmaz və qüslə vaxt qalmasın, günaha yol vermişdir. Amma onun təyəmmümlə qıldığı namaz düzgündür. Müstəhəb ehtiyat budur ki, həmin namazın qəzasını da yerinə yetirsin.
Məsələ 634: Bir şəxs vaxtın dar olub-olmadığını bilməzsə dəstəmaz almalı və ya qüsl verməlidir. Amma vaxtın az olduğunu bildikdə dəstəmaz və qüsl verəcəyi halda namazın vaxtının ötəcəyindən qorxarsa təyəmmüm etməlidir.
Məsələ 635: Bir şəxs vaxt dar olduğu üçün təyəmmüm edib namaza başlasa, namaz arasında ixtiyarında olan su əlindən çıxsa, sonrakı namazları həmin təyəmmümlə qıla bilər.
Məsələ 636: Dəstəmaz aldıqda və ya qüsl verdikdə iqamə və qunut kimi müstəhəblərsiz namazı vaxtında qılacağını bilən şəxs bu işi görməlidir. Hətta əgər surə “İxlas” oxumağa vaxt olmasa namazı dəstəmazla həmin surəsiz qılmalıdır.
Məsələ 637: Bir neçə şeyə təyəmmüm etmək düzgündür: torpaq, çınqıl, qum, kəsək (bir-birinə yapışmış torpaq) və daş. Bir şərtlə ki, bütün bunlar pak və bir qədər tozlu olsun.
Məsələ 638: Əhəng daşı, mel daşı, mərmər, qara daş və bu kimi şeylərə təyəmmüm etmək olar. Əqiq və firuzə daşı kimi cəvahirata təyəmmüm batildir. Vacib ehtiyat budur ki, bişmiş mel və əhəngə, eləcə də kərpic və saxsıya təyəmmüm edilməsin.
Məsələ 639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəki toza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasa vacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin. Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs “faqidut-təhureyn” adlanır.

Məsələ 640: Su tapılmadıqda qar və ya buz olarsa, mümkün olan şəraitdə onları əritmək və dəstəmaz, qüsl üçün istifadə etmək lazımdır.
Məsələ 641: Əgər saman və ya bu kimi şeylər torpaq və ya quma qatışarsa, onlara təyəmmüm etmək olmaz. Amma o qədər az olarsa ki, torpaq və ya qumda itmiş sayılsın, təyəmmüm etmək olar.
Məsələ 642: Təyəmmüm üçün torpaq və bu kimi şeylər tapılmasa, bu şeyləri almaq mümkün olduqda alınması vacibdir.