Ölünün bədənini vəsiyyət etdiyi yerə aparmaq üçün qəbri açmaq
Məsələ 600: Bir şəxs vəsiyyət etsə ki, onu müəyyən bir yerdə dəfn etsinlər və onun vəsiyyətinə əməl edilməsə, qəbri açıb cəsədi vəsiyyətdə göstərilən yerə köçürmək olmaz.
Məsələ 600: Bir şəxs vəsiyyət etsə ki, onu müəyyən bir yerdə dəfn etsinlər və onun vəsiyyətinə əməl edilməsə, qəbri açıb cəsədi vəsiyyətdə göstərilən yerə köçürmək olmaz.
Məsələ 601: Bir şəxs vəsiyyət etsə ki, dəfndən sonra onun qəbrini açıb bədənini müqəddəs bir yerə və hər hansı nöqtəyə aparsınlar, belə bir vəsiyyətə əməl edilməsi iradlıdır.
Məsələ 603: Qeyd etdiyimiz kimi, müsəlman meyyitə qüsl verib kəfənləmək vacibdir. Amma iki qrupun hökmü fərq edir:1.Allah yolunda şəhidlər, yə’ni İslami cihad meydanında, Peyğəmbər və mə’sum imamlarla, onların naibləri ilə yanaşı həlak olanlar. İmam Mehdinin (ə) qeyb dövründə də İslam düşmənləri ilə savaşda həlak olanlar şəhid sayılır. Şəhid həm kişi, həm də qadın, həm yaşlı, həm də uşaq ola bilər. Bu halda onlara qüsül, kəfən və hənut vacib deyil. Onları əyinlərindəki libasla, namazdan sonra dəfn etmək lazımdır.
Məsələ 604: Ötən məsələdə haqqında danışılan insanlar savaş meydanında şəhid olanlardır. Yə’ni belələri müsəlmanlar onlara gəlib çatanadək dünyalarını dəyişirlər. Amma ona yetişən vaxt sağ olarsa və ya yaralı vəziyyətdə savaş meydanında çıxarılarsa, xəstəxanada və ya başqa bir yerdə dünyasını dəyişərsə, şəhid savabına malik olsa da, yuxarıdakı Məsələ ona şamil olunmur.
Məsələ 605: Bu gün savaş meydanları genişlənmiş, kilometrlərlə uzanmışdır. Silahlar olduqca uzaq məsafəni hədəfə ala bilir. Əsgərlərin hərəkət etdiyi bütün bu səhnə savaş meydanı sayılır. Amma düşmən cəbhədən kənarda bir məntəqəni bombalayarsa, yuxarıdakı hökm orada həlak olanlara aid deyil.
Məsələ 606: Şəhid müəyyən səbəbdən libassız qalarsa, onu kəfənləmək lazımdır. Amma o qüsülsüz dəfn olunur.
Məsələ 515: Müstəhəbdir ki, insan öldükdən sonra onun ağzı, gözləri və çənəsi bağlanılsın. Ölünün əllərini yanına salmaq, ayaqlarını uzatmaq, üzünə bir parça çəkmək lazımdır. Cənazənin dəfni üçün mö’minləri xəbərdar etmək lazımdır. Nə qədər ki, cənazə öldüyü yerdən tərpədilməyib üzü qibləyə saxlanılsın. Onun dəfninə tələsmək lazımdır. Amma insanın öldüyünə yəqinlik yoxsa, səbr edib bunu müəyyənləşdirmək lazımdır.
Məsələ 516: Ölmüş qadın hamilə olsa onun bətnində sağ olan və ya sağ olması ehtimal edilən körpə çıxarılmalıdır. Bundan ötrü meyyitin sol tərəfi yarılıb, körpə çıxarıldıqdan sonra həmin yer tikilir. Bu işi bacaranlara əl çatırsa, onların nəzarəti altında hərəkət etmək lazımdır.
Məsələ 517: Müsəlmana qüsül vermək, onu kəfənləmək, ona namaz qılmaq və dəfn etmək kifayi vacibdir. Yə’ni bə’ziləri bu işi görərsə, başqalarının öhdəsindən götürülər. Əgər bu işi kimsə görməsə hamısı günahkardir. Bu işdə müsəlman firqələri arasında fərq qoyulmur.
Məsələ 518: Yuxarıdakı işləri yerinə yetirən insan varsa, həmin işlər başqalarına vacib olmur. Amma həmin şəxs işi yarımçıq qoysa, başqaları onu tamamlamalıdır. Əgər başqa birinin bu işləri görüb-görmədiyinə şübhə varsa, insan özü addım atmalıdır.
Məsələ 519: Bir şəxs qüsül, kəfən, namaz və dəfnlə məşğul olsa, onun bu işləri düzgün yerinə yetirib-yetirmədiyini bilməsə, lazımınca yerinə yetirdiyini qəbul etməliyik. Amma səhvə yol verdiyinə əmin olsaq, həmin işləri yenidən görməliyik.
Məsələ 520: Qüsül, kəfən, namaz və dəfn üçün meyyit sahibindən icazə almaq lazımdır. Sahiblik baxımından qadına daha yaxın olan onun əridir. Meyyitin irsindən pay alanlar bu işdə ərdən sonra gəlir. Əgər onun varisi kişi və qadın olsa, ehtiyat budur ki, hər ikisindən icazə alınsın.