Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2358Birinci qrupun iris

Varislər ata-ana və bir oğlan olarsa

Məsələ 2358: Əgər meyitin varisi yalnız ata və ana, bir oğul olsa, mal altı hissəyə bölünür, ata və ana hər biri bir pay götürür, oğula dörd pay çatır. Əgər bir neçə oğul və ya qız olarsa, qalan dörd hissə onlar arasında bərabər bölünür. Əgər həm oğul, həm də qız olsa, mal elə bölünür ki, hər oğul qıza münasibətdə iki pay götürsün.

Nömrə 2363Birinci qrupun iris

Ölənin övladı olmasa

Məsələ 2363: Əgər meyitin övladı olmasa onun oğul nəvəsi (nəvə qız olsa belə) meyitin oğluna düşəcək payı götürür. Qız nəvəyə isə (nəvə oğlan olsa belə) meyitin qızının payı verilir.

Nömrə 2365İkinci qrupun iris

Varislər bir qardaş və bir bacıdan ibarət olarsa

Məsələ 2365: Əgər varis bir qardaş və ya bir bacı olsa, bütün mal ona çatır. Əgər varis ata-anadanbir bir neçə qardaş və ya bir neçə bacısa, bütün mal onlar arasında bərabər bölünür. Əgər ata-anadanbir həm qardaş, həm də bacı olsa, hər qardaşa bacılara münasibətdə iki pay verilir.

Nömrə 2366İkinci qrupun iris

Varislər eyni ana-atadan olan bir neçə qardaş ya da bir bacı olarsa

Məsələ 2366: Ata-anadanbir qardaş və bacı olduqda yalnız atadanbir qardaş və bacıya irs çatmır. Amma ata-anadanbir qardaş və bacı olmadıqda atadanbir bir bacı və ya bir qardaş olarsa, bütün irs ona çatar. Əgər atadanbir qardaş və ya bacı bir neçə nəfərsə, mal onlar arasında bərabər bölünür. Əgər atadanbir qardaşla yanaşı atadanbir bacı da varsa, qardaş bacıya münasibətdə iki pay götürür.

Nömrə 2367İkinci qrupun iris

Varis eyni anadan bir bacı ya da bir qardaş olarsa

Məsələ 2367: Əgər varis yalnız anadanbir bir bacı və ya bir qardaş olsa, ata tərəfdən meyitdən ayrı olan bu adamlar bütün mala sahib olur. Əgər anadanbir bir neçə qardaş və ya bir neçə bacı varsa, ya bir neçə qardaş və bacı varsa, istənilən halda mal onlar arasında bərabər bölünür.

Nömrə 2368İkinci qrupun iris

Eyni ata və anadan olan qardaş və bacı eyni atadan olan qardaş və bacıya irs çatmasına maneədir

Məsələ 2368: Əgər varis ata-anadanbir qardaş və bacı, atadanbir qardaş və bacı, anadanbir bir qardaş və bir bacı olarsa, atadanbir qardaş və bacıya irs çatmır. Mal altı hissəyə bölünür, bir pay anadanbir qardaş və ya bacıya, qalan hissə ata-anadanbir qardaş və bacıya verilir. Qardaşlar bacıya münasibətdə iki pay götürür. Amma anadanbir qardaş və ya bacı birdən artıq olarsa, mal üç hissəyə bölünür. Bir pay anadanbir qardaş və bacı arasında bərabər bölünür, iki pay ata-anadanbir qardaş və bacıya verilir. Hər qardaş iki, bacı isə bir pay götürür.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت